Honours Academy

Tələbələrlə İş üzrə Koordinator

Honours Academy
Ə/h razılaşma ilə
4590
Tam iş günü
Bakı, Azərbaycan
09/02/2026 - 23/02/2026

İş haqqında məlumat

  • Yeni və mövcud tələbələrlə ilkin əlaqə qurmaq, onları təlimlər, qaydalar və prosedurlar barədə məlumatlandırmaq
  • Tələbələrin müraciətlərini cavablandırmaq və ehtiyac olduqda müvafiq komanda üzvlərinə yönləndirmək
  • Təlim zamanı qarşılaşılan çətinlikləri izləmək və aidiyyəti komandaya və ya heyət üzvünə ötürmək
  • Tədris cədvəlləri, təlimçi dəyişiklikləri və digər yeniliklər barədə tələbələri məlumatlandırmaq
  • Təlimlərlə bağlı rəy və problemləri toplamaq, ümumiləşdirərək təkmilləşdirmə üçün təqdim etmək
  • Təlim materiallarının tələbələrə vaxtında çatdırılmasını təmin etmək
  • Texniki və təşkilati problemlərə çevik reaksiya vermək, operativ əlaqələndirmə aparmaq
  • Təlimlər, sorğular və qiymətləndirmələrlə bağlı sadə formatlı hesabatların hazırlanmasına dəstək vermək
  • Tələbələr üçün motivasiyaedici tədbirlər (oyunlar, sosial görüşlər və s.) planlamaq və icra etmək
  • Tələbələrə dair məlumatların arxivləşdirilməsi və məxfiliyinin qorunması

Təklif etdiyimiz imkanlar:

  • Peşəkar və dəstəkləyici komanda mühiti
  • Müxtəlif və dinamik iş prosesi
  • Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq
  • Peşəkar inkişaf və yüksəliş imkanları

İş qrafiki:

  • Həftədə 6 gün;
  • İstirahət günü: Çərşənbə axşamı və ya Cümə axşamı;
  • Həftəiçi iş saatları: 11:00 – 20:00;
  • Həftəsonu iş saatları: 09:00 – 18:00.

Tələblər

  • Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları
  • Məsuliyyətli və tələbəyönümlü yanaşma
  • Çevik düşüncə və operativ qərarvermə bacarığı
  • “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı
  • Təlim, tədbir və sistem idarəçiliyində baza bacarıqlarına malik olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.