Azərbaycan Texniki Universiteti

Tələbələrlə iş üzrə mütəxəssis

Azərbaycan Texniki Universiteti
Ə/h razılaşma ilə
1093
Tam iş günü
Bakı, Azərbaycan
02/03/2026 - 16/03/2026

İş haqqında məlumat

Tədris və akademik proseslər

  • KOİCA/ETS və AOİTAS sistemlərinə akademik məlumatların daxil edilməsi və yenilənməsi;
  • Müəllimlərin sillabus və material yerləşdirməsinin yoxlanılması;
  • Fərdi tədris planlarının hazırlanması və monitorinqi;
  • Davamiyyət və aralıq attestasiya göstəricilərinin aparılması;
  • Təcrübə və elmi-tədqiqat sənədlərinin rəsmiləşdirilməsi.

İmtahan və attestasiya

  • Semestr imtahan cədvəllərinin hazırlanması;
  • İmtahan biletlərinin toplanması və sistemə daxil edilməsi;
  • İmtahan nəticələrinin işlənməsi,

Təqaüd və əmrləşmə
 

  • Təqaüd cədvəllərinin və təqaüd əmrlərinin layihəsinin hazırlanması;
  • Akademik məzuniyyət, bərpa, xaric olunma, keçid, soyad dəyişmə və digər əmrlərin layihəsinin hazırlanması;
  • Xidməti məruzələrin yazılması.

Hesabat və sənədlərlə iş

  • Statistik hesabatların hazırlanması;
  • MEİS üzrə müraciətlərin cavablandırılması;
  • Diplom əlavələri və transkriptlərin hazırlanması.

Tələbə xidmətləri

  • Magistr sənəd qəbulu və sənədlərin yoxlanılması;
  • FTP və ŞTV sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
  • Akademik arayışların hazırlanması;
  • Smart kartların sifarişi və təhvilinin təşkili;
  • Elektron sistemlərdə sənədlərin qeydiyyatı və arxivləşdirilməsi;
  • Tələbə müraciətlərinin operativ icrası. 

Tələblər

  • Ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
  • KOİCA/ETS, AOİTAS və MEİS sistemləri ilə işləmə bacarığı;
  • Təhsil sahəsində normativ sənədləri bilmək;
  • İmtahan və təqaüd prosedurlarını bilmək;
  • Rəsmi sənəd tərtibatı qaydalarını bilmək;
  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində işgüzar ünsiyyət arzu olunandır.
  • Analitik düşünmə, hesabat hazırlamaq və sənədlərlə işləmə bacarığı;
  • Yüksək kommunikasiya qabiliyyəti, məsuliyyətlilik və operativlik. 
  • Akademik mühitdə sistemli, məsuliyyətli və operativ işləyə bilən namizədlər müraciət üçün dəvət olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.