Prospect Cloud ERP

Telesales Mütəxəssisi (ERP və Bulud Texnologiyaları)

Prospect Cloud ERP
Ə/h razılaşma ilə
223
Tam iş günü
Bakı, Azərbaycan
05/06/2026 - 19/06/2026

İş haqqında məlumat

  • Prospect Cloud ERP kiçik və orta bizneslər üçün bulud əsaslı ERP həlləri təqdim edən texnologiya şirkətidir. Komandamızı genişləndirmək məqsədilə satış sahəsində təcrübəli və nəticəyönümlü Telesales Mütəxəssisi axtarırıq.
  • Əgər Korporativ və ya Telesales  satışlarında uğurlu təcrübəniz varsa, müştərilərlə effektiv ünsiyyət qurmağı bacarırsınızsa və texnologiya sektorunda inkişaf etmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Marketinq müraciətləri, tövsiyələr və soyuq zənglər (Cold Call) əsasında daxil olan potensial müştərilərlə işləmək;
  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq və satış prosesini idarə etmək;
  • Müştərilərin biznes ehtiyaclarını təhlil etmək və uyğun ERP həllərini təqdim etmək;
  • Satış imkanlarını müəyyən etmək və görüşlər təşkil etmək;
  • CRM sistemində müştəri məlumatlarını və satış fəaliyyətlərini qeyd etmək;
  • Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Satış komandasının digər üzvləri ilə koordinasiyalı işləmək.

Biz nə təklif edirik?

  • Baza əməkhaqqı və performansa əsaslanan bonus sistemi (800 + bonus);
  • Tam və ya qismən Home Office (uzaqdan işləmə) imkanı; 
  • ERP sistemləri, biznes prosesləri və bulud texnologiyaları sahəsində peşəkar inkişaf;
  • Davamlı təlim və mentor dəstəyi; 
  • Karyera yüksəlişi imkanları; 
  • Müasir və innovativ texnologiya məhsullarının satışında iştirak imkanı.

Niyə Prospect Cloud ERP?

Prospect Cloud ERP-də siz sadəcə satış etməyəcəksiniz. Müştərilərin bizneslərini daha effektiv idarə etmələrinə kömək edən müasir ERP və bulud texnologiyaları ilə işləyəcək, texnologiya sektorunda dəyərli təcrübə və ekspertiza qazanacaqsınız.

Tələblər

  • Telesales və ya korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və inandırma qabiliyyəti;
  • Satış hədəfləri ilə işləmək və nəticə əldə etmək bacarığı;
  • Kompüter və CRM sistemləri ilə işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və müştəriyönümlü yanaşma;
  • Rus və ya ingilis dili biliyi üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.