Bakı,
Azərbaycan
12.09.2025 02:54
-
12.10.2025 12:00
İş haqqında məlumat
- Potensial müştərilərlə (avtosalonlar, dilerlər, vasitəçilər) telefon və onlayn vasitələrlə ilkin əlaqə qurmaq;
- CarBuy platformasının üstünlüklərini təqdim etmək və satışa yönləndirmək;
- Müştəri ehtiyaclarını müəyyənləşdirərək fərdi həllər təklif etmək;
- Satış prosesini müqaviləyə qədər izləmək və nəticələndirmək;
- Etirazlarla işləmək və onları uğurlu satışa çevirmək;
- CRM sistemində zəng və görüşlərin nəticələrini qeyd etmək;
- Satış göstəriciləri barədə mütəmadi hesabatlar təqdim etmək;
- Marketinq və satış komandasına müştəri rəylərini ötürmək, satış skriptlərinin təkmilləşdirilməsində iştirak etmək.
Biz təklif edirik:
- Rəqəmsal avto-sahə üzrə yenilikçi platformada iş imkanı;
- Sabit əmək haqqı + cəlbedici bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün şərait;
- Komanda daxilində öyrənmə və təlimlər.
Zəhmət olmasa, CV-nizi, mövzu sətrində vəzifənin adını (Telesatış mütəxəssisi) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Ali təhsil (biznes, iqtisadiyyat, marketinq sahəsində üstünlükdür);
- Telesatış, B2B satış, çağrı mərkəzi üzrə minimum 1-2 il təcrübə;
- Azərbaycan və rus dillərində səlis danışıq (ingilis dili üstünlükdür);
- Yüksək ünsiyyət, dinləmə və inandırma bacarığı;
- Məqsədyönlü, nəticəyönümlü və stressə davamlı olmaq;
- CRM sistemlərindən istifadə bacarığı üstünlükdür;
- Komandada işləmək və eyni zamanda müstəqil nəticə göstərmək. bacarığı.
Şəxsi Keyfiyyətlər:
- Aktiv dinləmə və analitik düşünmə bacarığı;
- Müştəriyə dəyər yaratmaq yanaşması;
- Özünü inkişaf etdirməyə açıq olmaq;
- Qələbə ruhlu, motivasiyalı və satışa həvəsli olmaq.