EDU Company

Telesatış üzrə mütəxəssis

EDU Company
Ə/h razılaşma ilə
541
Tam iş günü
Bakı, Azərbaycan
22.08.2025 01:00 - 22.09.2025 12:00

İş haqqında məlumat

  • Maraqlanan tələbələrlə əlaqə qurmaq üçün zənglərinin edilməsi və kurs məhsullarının (dərslər, hazırlıq proqramları) təqdimatı;
  • Şirkət tərəfindən təqdim olunmuş skriptlərə uyğun satış danışığının aparılması;
  • Maraqlanan şəxslərlə məlumat görüşlərinin və sınaq dərslərinin planlaşdırılması;
  • Kursa yazıldıqdan sonra tələbələrə satışdan sonrakı dəstəyin göstərilməsi (sənədləşmə, dərs cədvəli ilə tanışlıq, əlavə sualların cavablandırılması);
  • Çarpaz satışların həyata keçirilməsi
  • Müraciət kontaktlarının yüksək konversiya faizi ilə real qeydiyyata çevrilməsi;
  • Tələbə bazasının genişləndirilməsi – yeni müraciətlərin cəlb edilməsi;
  • Gündəlik zənglərin və görüşlərin nəticələrinin qeydiyyat sisteminə daxil edilməsi;
  • Müştəri xidməti standartlarına uyğun etik və peşəkar ünsiyyətin qurulması.

Karyera imkanları və təminatlar

  • Korporativ nömrə;
  • Korporativ telefon;
  • Şirkət əmək münasibətləri zamanı artan əmək haqqı və karyera imkanlarını tətbiq edir.

Əmək şəraiti şərtləri

  • Ünvan: Bakı şəhəri;
  • Əmək haqqı: Müsahibə nəticələrinə əsasən rəqabətədavamlı əmək haqqı təklif olunacaq və + Bonus;
  • İş günləri: həftə içi 5 gün, (6-cı gün qısaldılmış);
  • ARƏM-nə uyğun sənədləşmə.

Gizlilik təminatı

  • Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları həmçinin müraciəti barədə məlumatları 3-cü tərəf qarşısında paylaşılmır.

Vakansiya üçün müraciət forması və şərtləri

  • Vakansiya üzrə tələblərə cavab verən namizədlər Müraciət et düyməsindəki keçidə daxil ola və ya [email protected] mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
  • Yalnız tələblərə cavab verən namizədlərə 2 iş günü ərzində geri dönüş edilir.

Müsahibə ünvanı

  • Tələblərə cavab verən namizədlər Bakı şəh., Mətbuat pr 31 ünvanına müsahibə mərhələsi üçün dəvət ediləcəklər.

Tələblər

  • Ali təhsil ( İstənilən sahədə ) ;
  • Qeyd olunan sahədə mütləq qaydada 1 il iş təcrübəsi
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Komandada işləmək bacarığı.
  • Microsoft Office proqramları ilə orta səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
  • Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
  • Müştəri yönümlü.