Bakı,
Azərbaycan
23/02/2026
-
09/03/2026
İş haqqında məlumat
- Telefon vasitəsilə daxil olan zənglərin operativ və peşəkar şəkildə cavablandırılması
- Müştərilərlə effektiv ünsiyyət quraraq satışın həyata keçirilməsi
- Sosial media səhifələrində (Instagram, TikTok və s.) daxil olan mesajların idarə olunması və cavablandırılması
- Müştərilərə məhsullar haqqında ətraflı məlumat verilməsi
- Sifarişlərin düzgün şəkildə qeydiyyata alınması və satışın bağlanması
- Müştəri məmnuniyyətinin təmin edilməsi
İş qrafiki
- İş günləri: Bazar ertəsi – Cümə
- İş saatları: 10:00 – 18:00
- Ofisdə çalışma tələb olunur
Əmək haqqı
- 700 AZN (artan bonus sistemi ilə)
Tələblər
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Yaş 20-29
- Satış və ya telesatış sahəsində təcrübə üstünlükdür
- Ünsiyyət və inandırma bacarığı yüksək olmalıdır
- Sosial şəbəkələrlə işləmə bacarığı
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- Məsuliyyətli və satış nəticələrinə fokuslu olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.