SM Consulting MMC

Təlim koordinatoru

SM Consulting MMC
Ə/h razılaşma ilə
3556
Tam iş günü
Bakı, Azərbaycan
11/12/2025 - 18/12/2025

İş haqqında məlumat

  • Təlim proqramlarının idarədilməsi
  • Təlimin məzmununun (sillabus, tədris materialları, təlim metodları) hazırlanmasını əlaqələndirmək;
  • Təlimçilərin (mentorların) təlimlərə cəlb edilməsi, təlimçi bazasının formalaşdırılması, dərs qrafiklərinin tərtib edilməsi, dərslərin keçirilməsinə nəzarətin təmini, onlarla aktiv kommunikasiyanın qurulması;
  • Təlim sonrası tələbələrlə təlim nəticələrinin ölçülməsi üçün sorğu təşkil etmək, nəticələrin təlimçi və rəhbərliklə bölüşmək, nəticələrə əsasən yeni yanaşmaların təklif edilməsi

Tanıtım və satış

  • Təlim mərkəzinin veb səhifəsinin SEO və SEM optimallaşdırılmasının həyata keçirilməsi istiqamətində işlər görülməsi;
  • Korporativ təlimlərin (B2B) təşkil edilməsi: hədəf korporativ müştəriləri müəyyənləşdirmək, şirkətlər üçün fərqli təklif məktubları, təqdimatlar və kommersiya təklifləri hazırlamaq, təlimlərin təşkil edilməsi
  • Universitetlərlə əməkşdaşlıq istiqamətində əlaqələr qurmaq, o cümlədən, universitetdə info sessiyalar, təqdimatlar və seminarlar təşkil etmək;
  • Təlim elanlarının hazırlanması, onların məlumatlandırma və reklam məqsədilə sosial media kanallarında yerləşdirilməsinin təşkili;
  • Təlimə qeydiyyatla bağlı müraciətləri (sosial media, telefon, e-mail və s.) cavablandırmaq, məlumatlandırmaq məqsədilə müraciət edən şəxsləri mərkəzə dəvət etmək, mərkəzə gələn ziyarətçilərin qarşılanmasını təşkil etmək, təlim iştirakçılarının qeydiyyatını aparmaq;

Təlim təşkilatçılığı

  • Təlim otağını hazırlamaq, təlimçilərin sifarişləri əsasında onu təlim avadanlıqları ilə təmin etmək, kofe-breyk hazırlamaq və ofisdən kənarda keçirilən təlimləri təşkil etmək;
  • Onlayn təlimləri təşkil etmək, o cümlədən, dinləyicilərə qoşulmaq üçün məsafədən dəstək vermək, təlimi izləmək və ortaya çıxan texniki problemlərin həlli üçün tədbirlər görmək;
  • Tələbələrlə mütəmadi kommunikasiya qurmaq, o cümlədən, təlim materiallarının tələbələrə çatdırılmasını təmin etmək, təlim vaxtının dəyişdirilməsi ilə bağlı tələbələri, dinləyiciləri məlumatlandırmaq;
  • Tələbələrin dərslərdə qeydiyyatını aparmaq;
  • Təlim iştirakçıları üçün sertifikatları hazırlamaq və onlayn təlimlər üzrə onları aidiyyəti iştirakçı və ya sifarişçiyə göndərmək;
  • Təlimlər üzrə imtahan nəticələrinin qiymətləndirilməsini təşkil etmək, nəticələri elan etmək;
  • Təlim fəaliyyətinin idarəedilməsi ilə bağlı rəhbərliyin digər tapşırıqlarını icra etmək

 Vəzifə haqqında məlumat:

  • İş qrafiki: Həftədə 6 gün;
  • Əmək haqqı: sabit vəzifə maaşı+bonus (mükafat) sistemi

Tələblər

Bilik və təcrübə:

  • Ali təhsil
  • Azərbaycan dili yüksək səviyyədə, ingilis dili biliyi orta səviyyədə
  • Təlim və təhsil sahəsində ən az 1 il təcrübə üstünlükdür;
  • Mühasibatlıq, vergi və HR haqqında biliklər üstünlükdür;
  • Ofis proqramları və CRM sistemləri üzrə biliklər;

Bacarıqlar və şəxsi keyfiyyətlər:

  • Analitik və strateji düşüncə, planlaşdırma və zamanın idarə edilməsi, təşəbbüskarlıq, komanda işi, effektiv kommunikasiya, müştəriyönümlülük, danışıqla aparmaq, innovasiya və yaradıcılıq, dürüstlük, yazı qabiliyyəti

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.