Bakı,
Azərbaycan
11/09/2026
-
25/09/2026
İş haqqında məlumat
- Tədris prosesinin planlaşdırılması, təşkili və keyfiyyətinə nəzarət etmək;
- Dərslərin mütəmadi monitorinqini həyata keçirmək, nəticələri qiymətləndirmək və müəllimlərə konstruktiv geribildirim vermək;
- Müəllimlərin seçilməsi, adaptasiyası, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafı prosesini idarə etmək;
- Müəllimlər üçün pedaqoji müzakirələr, seminarlar və daxili təlimlər təşkil etmək;
- Mövcud tədris proqramlarını təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Bazar və tələbə ehtiyaclarına uyğun yeni kurs və tədris proqramlarının hazırlanmasında iştirak etmək;
- Tələbələrin bilik səviyyəsinin ölçülməsi üçün test və sınaq imtahanlarının hazırlanması və keçirilməsi prosesinə nəzarət etmək;
- Tələbə nəticələrini və geribildirimlərini təhlil edərək tədrisin inkişafı üzrə tədbirlər müəyyən etmək;
- Təhsil bazarını, rəqiblərin proqramlarını, metodologiyalarını və qiymət strategiyalarını araşdırmaq;
- Marketinq komandası üçün kurslar üzrə dəqiq və informativ xidmət brifləri hazırlamaq;
- Satış komandası ilə əməkdaşlıq edərək kursların məzmunu, üstünlükləri və dəyər təklifi barədə düzgün məlumatlandırmanı təmin etmək;
- Tədris keyfiyyəti, müəllim performansı və tələbə nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq.
Tələblər
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali təhsil;
- İş təcrübəsi: Müvafiq vəzifədə 2 il iş təcrübəsi; (Dövlət Məşğulluq Agentliyi və ya dövlət layihələri ilə iş təcrübəsi üstünlük hesab olunur.)
- Yaş həddi: 25–40.
Tələb olunan bilik və bacarıqlar:
- Tədris metodologiyaları və müasir öyrənmə yanaşmaları haqqında bilik;
- Tədris proqramlarının hazırlanması üzrə bilik;
- Test və digər qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri haqqında bilik;
- Təlim və tədris proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı;
- Müəllim/təlimçi heyətinin idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi bacarığı
- Dərs müşahidəsi və tədris keyfiyyətinin qiymətləndirilməsi bacarığı;
- Analitik düşüncə və hesabat hazırlama bacarığı;
- MS Office, xüsusilə Excel və təqdimat proqramlarından istifadə bacarığı;
- Google Sheets, Google Forms və onlayn iş platformaları ilə işləmə bacarığı;
- İngilis dilində danışıq bacarığı (C2 səviyyəsi tələb olunur).
Təklif edirik:
- Əmək haqqı: Razılaşma yolu ilə
- 6 günlük iş qrafiki;
- Karyera inkişaf imkanı;
- Dinamik və inkişafyönümlü iş mühiti;
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi 25A.