Around Business Group

Təlim üzrə Mütəxəssis (Menecer)

Around Business Group
Ə/h razılaşma ilə
4741
Tam iş günü
Bakı, Azərbaycan
16/02/2026 - 02/03/2026

İş haqqında məlumat

  • Şirkət üzrə kompleks və sistemli təlim və inkişaf modelinin hazırlanması və tətbiqi
  • Satış, müştəri xidməti, idarəetmə və soft skills istiqamətləri üzrə təlim proqramlarının hazırlanması və keçirilməsi
  • Müasir təlim metodologiyalarının (interaktiv təlim, blended learning, case study və s.) tətbiqi
  • Şirkət rəhbər heyəti üçün treninq, vorkşop və onlayn/oflayn təlimlərin təşkili və keçirilməsi
  • Əsas (strateji) müştərilər üçün xüsusi təlim proqramlarının hazırlanması və mütəmadi yenilənməsi
  • Təlimçilərdən ibarət komandanın formalaşdırılması, idarə olunması və iş bölgüsünün aparılması
  • Təlim və inkişaf şöbəsi əməkdaşlarının peşəkar kompetensiyalarının inkişaf etdirilməsi
  • Komanda effektivliyinin qiymətləndirilməsi və fərdi KPI sisteminin qurulması və tətbiqi
  • Koçinq və mentorluq proseslərinin təşkili və idarə olunması
  • Komandanın məhsuldarlığının artırılması və davamlı inkişaf mühitinin formalaşdırılması
  • Təlim proqramlarının iştirakçı rəyləri və performans göstəriciləri əsasında davamlı təkmilləşdirilməsi
  • Metodiki vəsaitlərin, təqdimatların və video-təlim materiallarının hazırlanması
  • Təlim məzmununun əməkdaşların və sifarişçinin ehtiyaclarına uyğunlaşdırılması
  • Yeni əməkdaşların adaptasiya (onboarding) prosesində HR və satış şöbəsinə metodoloji dəstəyin göstərilməsi
  • Satış mütəxəssislərinin bilik və bacarıqlarının auditinin aparılması, boşluqların müəyyən edilməsi və inkişaf planlarının hazırlanması

Biz təklif edirik:

  • Peşəkar və inkişafyönümlü iş mühiti
  • 5 günlük iş qrafiki (09:00–18:00)​
  • Rəqabətli əməkhaqqı

Tələblər

  • Təlim və inkişaf, və ya satış sahəsində minimum 2–3 il iş təcrübəsi
  • Təlim proqramlarının hazırlanması və keçirilməsi üzrə praktik təcrübə
  • Komanda idarəetmə və liderlik bacarıqları
  • KPI və performans qiymətləndirmə sistemləri ilə işləmə təcrübəsi
  • Güclü təqdimat və kommunikasiya bacarıqları
  • Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.