Neptun-S MMC

Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis

Neptun-S MMC
Ə/h razılaşma ilə
765
Tam iş günü
Bakı, Azərbaycan
19.05.25 - 19.06.25

İş haqqında məlumat

  • Şirkətin təlim və inkişaf strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
  • İşçilərin (kassir, satıcı, anbardar, nəzarətçi, şöbə müdiri və s.) bilik və bacarıqlarının artırılması məqsədilə təlim ehtiyaclarını təhlil etmək və illik təlim planları hazırlamaq;
  • Daxili və xarici təlim proqramlarını təşkil və koordinasiya etmək (məhsul bilikləri, müştəri xidməti, POS sistemləri və s.);
  • Təlim materiallarının (prezentasiyalar, təlim modulları, qiymətləndirmə formaları və s.) hazırlanması və davamlı olaraq yenilənməsi;
  • Təlim iştirakçılarının performansını qiymətləndirmək və nəticələrə əsasən fərdi inkişaf planları hazırlamaq;
  • Mentorluq və kouçinq proqramlarının təşkili və idarə olunması;
  • Təlimlə bağlı statistik məlumatları toplamaq, təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Yeni əməkdaşlar üçün adaptasiya (onboarding) prosesini qurmaq və tətbiq etmək;
  • Təlim büdcəsinin hazırlanmasında iştirak və xərclərin səmərəli istifadəsinə nəzarət;
  • Əməkdaşlarla effektiv kommunikasiya qurmaq və onların karyera inkişafını dəstəkləmək;
  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Təlim və inkişaf sahəsində minimum 1-3 il iş təcrübəsi, xüsusilə supermarket və ya pərakəndə satış sahəsində (aparıcı vəzifədə təcrübə üstünlükdür);
  • Təlim planlaması, ehtiyac analizi və performans ölçmə metodikaları üzrə bilik və təcrübə;
  • Təlim keçmək və auditoriya qarşısında effektiv təqdimat aparmaq bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı (rus dili arzuolunandır);
  • MS Office proqramlarında (xüsusilə PowerPoint və Excel) yüksək səviyyədə işləmə bacarığı;
  • Təşəbbüskar, analitik düşüncəyə malik, təşkiletmə və komanda ilə işləmə bacarığı olan;
  • Layihələrin idarə edilməsi sahəsində biliklər və təcrübə əlavə üstünlükdür.