Bakı,
Azərbaycan
27/11/2025
-
27/12/2025
İş haqqında məlumat
- Təlimlərin həyata keçirilməsi üçün ilkin planlama və başlanma prosesinin koordinasiyası;
- Təlim məqsədinə uyğun təlimçinin seçilməsi və təyin olunması prosesinin idarə edilməsi;
- Təyin olunmuş təlimlərin icrası üçün zəruri məlumatların aidiyyəti komanda üzvlərinə ötürülməsi;
- Əsas təlimlərin paralel və planlaşdırılmış sayda fasiləsiz təşkili və davamlılığının təmin olunması;
- Təcrübəli təlimçilər bazasının formalaşdırılması və strukturlaşdırılmış şəkildə idarə edilməsi;
- Təlimçilərlə çevik və peşəkar əvəzləmə sisteminin qurulması;
- Təlimçilərlə münasibətlərin idarə edilməsi və əməkdaşlıq mədəniyyətinin təşviq edilməsi;
- Yeni təlim, seminar və informasiya sessiyası təşəbbüslərinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Təsdiqlənmiş təşəbbüslərin tətbiqi üçün aidiyyəti komanda üzvləri ilə koordinasiya;
- Təlim strukturu və məqsədlərinə dair ilkin akademik əməkdaşlıq və məlumat mübadiləsinin təşkili;
- Hazırlanan təlim materiallarının rəhbərliyə təqdim edilməsi və təsdiqləndikdən sonra marketinq məqsədilə ötürülməsi;
- Təlim təşəbbüslərinin komanda daxilində vahid sistemlə əlaqələndirilməsi.İş qrafiki:
- Həftədə 6 gün;
- İstirahət günü: Çərşənbə axşamı;
- Həftəiçi iş saatları: 11:00 – 20:00;
- Həftəsonu iş saatları: 09:00 – 18:00.
Təklif etdiyimiz imkanlar:
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Müxtəlif və dinamik iş prosesi;
- Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq);
- Peşəkar inkişaf və yüksəliş imkanları.
Müraciət qaydası:
CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Təlim və ya layihə yönümlü vəzifələrdə təcrübə;
- Operativ və strateji yanaşma qabiliyyəti;
- Planlaşdırma, əlaqələndirmə və detallara diqqət bacarığı;
- Güclü kommunikasiya və komanda əməkdaşlığı bacarıqları;
- “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı.