Vision Academy

Təlim və Tədris üzrə Menecer

Vision Academy
1200 - 1500 ₼
3657
Tam iş günü
Bakı, Azərbaycan
19.09.2025 11:02 - 19.10.2025 12:00

İş haqqında məlumat

  • Müəllimlərin işə qəbulundan onların peşəkar inkişafına qədər bütün prosesə rəhbərlik etmək;
  • Müntəzəm olaraq dərslərin monitorinqini (müşahidəsini) həyata keçirmək, konstruktiv geri dönüşlər edib tədrisin keyfiyyətini daim yüksəltmək;
  • Müəllimləri peşəkar inkişafa təşviq edən müntəzəm pedaqoji müzakirələr, seminarlar və treninqlər təşkil etmək;
  • Müəllimlərin şirkətin təlimat və prosedurlarına əməl etmələrinə nəzarət edəcək və fəaliyyət nəticələrini əks etdirən həftəlik hesabatlar təqdim etmək;
  • Mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni proqramların hazırlanmasında aktiv iştirak etmək;
  • Tələbələrdən alınan geri dönüşləri təhlil edərək psixopedoqoji nəticələr çıxarmaq və tədris metodlarında davamlı yaxşılaşmanı təmin etmək;
  • Tələbələrin bilik səviyyəsini qiymətləndirmək üçün testlərin, sınaq imtahanlarının hazırlanması və təşkili prosesinə nəzarət etmək;
  • Bazarda rəqabət üstünlüyü yaratmaq üçün mövcud tədrisin təkmilləşdirilməsində və tamamilə yeni kursların yaradılmasında iştirak etmək;
  • Rəqiblərin təkliflərini, metodologiyalarını və qiymət strategiyalarını öyrənən bazar araşdırmaları prosesində iştirak etmək;
  • Marketinq komandası üçün kreativ kontent yaradılmasının əsasını təşkil edəcək dəqiq və informativ "xidmət brifləri" (texniki tapşırıqlar) hazırlamaq;
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək tədrisin dəyəri və unikallığı haqqında düzgün məlumatlandırmanı təmin etmək;
  • Müəllimlərə ödəniş sisteminin əsasını təşkil edən hər tələbəyə görə düşən tariflərin və ya qiymətləndirmə meyarlarının müəyyən edilməsində iştirak etmək.

İş qrafiki:

  • 6 günlük iş qrafiki;
  • Əmək haqqı: 1200-1500 AZN (Sabit)+ Satışdan 2 %;
  • ARƏM uyğun işə qəbul;
  • İş saatı: 09:00-18:00.

İş yeri: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim və Tədris üzrə Menecer” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.


 

Tələblər

  • Ali təhsil, xarici ölkələrdə təhsil almış olması üstünlükdür;
  • İngilis dili bilik səviyyəsi yüksək olmalı;
  • Digər beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TEFL, TESOL, IELTS, CELTA və s);
  • Təhsil kurslarında minimum 3 il iş təcrübəsi;
  • Təhsil sahəsində mövcud tendensiyalar və inkişafları bilməli;
  • Tədris proseslərinin və müəllimlərin idarə olunması üzrə təcrübə;
  • Yaradıcı düşünmə qabiliyyəti;
  • Yüksək səviyyədə təşkilatçılıq bacarıqları;
  • Vaxt idarəetmə bacarıqları;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Güclü nəzarət və liderlik bacarıqları.


Oxşar vakansiyalar