Təlimçi (Xidmət Müqaviləsi əsasında)
Industrial Support and Training Services
Ə/h razılaşma ilə
612
Tam iş günü
Bakı,
Azərbaycan
27/02/2026
-
13/03/2026
İş haqqında məlumat
- Fəaliyyət forması: Xidmət müqaviləsi (freelance)
- Ödəniş: Bir təlim günü üçün ödəniş məbləği demo (sınaq) dərsin nəticəsinə əsasən müəyyən ediləcək
- Müsahibə mərhələsi: Demo dərs formatında keçiriləcək
- Namizədlər təlim keçə biləcəkləri mövzu üzrə prezentasiya formatında sınaq dərs hazırlamalı və təqdim etməlidirlər. Qiymətləndirmə meyarlarına metodoloji yanaşma, mövzuya peşəkar hakimlik, auditoriya idarəetməsi və praktiki tətbiq bacarığı daxildir.
Tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Təlimçilik sahəsində minimum 1 il iş təcrübəsi
- Təlim proqramı və materiallarının hazırlanması bacarığı
- Normativ sənədlər və təhlükəsizlik tələbləri üzrə bilik
- İngilis və rus dili bilikləri üstünlükdür
Qeyd: SƏTƏMM təlimçiləri üçün müvafiq sahə üzrə SƏTƏMM ali təhsili və 3-cü səviyyə hündürlükdə iş sertifikatı mütləqdir.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.