Azerbaijan Energy Regulatory Agency

Təminat şöbəsi – Böyük mütəxəssis

Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə
1900
Tam iş günü
Bakı, Azərbaycan
28.10.2025 11:05 - 28.11.2025 12:00

İş haqqında məlumat

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir; 
  • Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə dair daxili qayda, təlimat, reqlament və s. hazırlanmasını yerinə yetirir;
  • Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
  • Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; 
  • Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
  • İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • İş bölgüsü üzrə Agentlikdə xərclər smetasının tərtibi ilə bağlı şöbənin üzərinə düşən funksiyaları yerinə yetirir;
  • İş bölgüsü üzrə İlkin və İllik satınalma planlarını hazırlayıb dövlət satınalmalarının vahid internet portalında yerləşdirir;
  • İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
  • İş bölgüsü üzrə Agentlikdə bağlanmış satınalma müqavilələrini hazırlayır və bağlanmış satınalma müqavilələrinin icrasına nəzarət edir;
  • İş bölgüsü üzrə Agentlikdə keçirilmiş dövlət satınalmaları barədə hesabatlar hazırlayır;
  • Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
  • Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – Böyük mütəxəssis) qeyd edin.

Tələblər

  • Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə);
  • ixtisası üzrə profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi (dövlət satınalmaları üzrə təcrübə mütləqdir);
  • Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır;
  • İngilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir;
  • İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır;
  • Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır;
  • Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir);
  • Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır;
  • Azərbaycan dilində səlis və sərbəst Agentlikdaxili və qurumlararası məktub yazmaq bacarığı olmalıdır.