Təminat şöbəsi – Böyük mütəxəssis
Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə
3368
Tam iş günü
Bakı,
Azərbaycan
05/01/2026
-
19/01/2026
İş haqqında məlumat
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
- Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
- Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Şöbənin fəaliyyət istiqamətlərinə dair daxili qayda, təlimat, reqlament və s. hazırlanmasını yerinə yetirir;
- Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
- İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Agentlikdə xərclər smetasının tərtibi ilə bağlı şöbənin üzərinə düşən funksiyaları yerinə yetirir;
- İş bölgüsü üzrə İlkin və İllik satınalma planlarını hazırlayıb dövlət satınalmalarının vahid internet portalında yerləşdirir;
- İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
- İş bölgüsü üzrə Agentlikdə bağlanmış satınalma müqavilələrini hazırlayır və bağlanmış satınalma müqavilələrinin icrasına nəzarət edir;
- İş bölgüsü üzrə Agentlikdə keçirilmiş dövlət satınalmaları barədə hesabatlar hazırlayır;
- Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84
Tələblər
- Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə)
- ixtisası üzrə profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi (dövlət satınalmaları üzrə təcrübə mütləqdir).
- Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır.
- İngilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir.
- İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır.
- Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır.
- Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir).
- Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır.
- Azərbaycan dilində səlis və sərbəst Agentlikdaxili və qurumlararası məktub yazmaq bacarığı olmalıdır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.