Bakı,
Azərbaycan
23.04.24
-
23.05.24
İş haqqında məlumat
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
- Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
- Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
- İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Agentliyin Aparatının mövcud anbarının mədaxil və məxaricinə cavabdehlik daşıyır;
- İş bölgüsü üzrə Agentliyin balansında və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin istifadəsinə nəzarət edir və bununla bağlı tələb olunan hesabatları hazırlayır;
- İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
- İş bölgüsü üzrə Agentlikdə aparılan əmlakın və öhdəliklərin inventarizasiyası ilə bağlı işçi qruplarda iştirak edir və inventarizasiyanın nəticələri ilə bağlı hazırlanmış aktları imzalayır;
- Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
- Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir;
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Tələblər
- Təhsil: Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə);
- Təcrübə: İxtisası üzrə profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi (dövlət satınalmaları üzrə təcrübə mütləqdir);
- Dil bilikləri: İngilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir;
- Kompüter bacarıqları: Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır;
- Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır;
- İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır;
- Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır;
- Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir);
- Azərbaycan dilində səlis və sərbəst Agentlik daxili və qurumlar arası məktub yazmaq bacarığı olmalıdır.
Elanın müddəti bitmişdir