Bakı,
Azərbaycan
05.09.2025 05:01
-
05.10.2025 12:00
İş haqqında məlumat
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
- Dəliyaçan dəzgahlara və frez dəzgafına texniki xidmət göstərilməsi;
- İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- Ağırçəkili detal və ya materialların qaldırılması üçün qaldırıcı mexanizmlərdən istifadə edilməsi;
- Universal, müxtəlif tipli və konstruksiyalı kopirləyən və uzununa frezerləyən dəzgahlarda bir neçə səthlərdə kombinasiyalı bərkitməni və dəqiq yoxlamanı tələb edən mürəkkəb məsul detalların və alətlərin 6-7-ci kvalitetlər (2-ci dəqiqlik dərəcəsi) üzrə frezerlənməsi;
- Emal etmək və ölçmək üçün çətin əl çatan yerləri olan mürəkkəb konfiqurasiyalı ştampların, pres-qəliblərin, matrislərin xarici və daxili səthlərinin frezerlənməsi;
- İş tamamlandıqdan sonra dəzgahı dayandırmaq, detalı dəzgah masasından ayırmaq və dəzgahı şəbəkədən ayırmaq;
- Hazırlanmış detalı iş masasına yerləşdirmək, emal nəticəsində detalın üzərində əmələ gəlmiş metal qırıntıları yeyə ilə təmizləmək və hazır detalı ustaya təhvil vermək.
Müraciət etmək üçün: [email protected]
Tələblər
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə orta-ixtisas təhsili;
- Hazırlanacaq detalın çizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələyə bilməli;
- Dəzgahı işə salmaq, işə uyğun tənzimləmək və çizgi çertyoj və ya nümunəyə uyğun olaraq detalı hazırlaya bilməli;
- Komandada işləmək bacarığı.