hrin.az
Reklam

Təmir və texniki xidmət üzrə bölmə müdiri

Oba Market MMC

Əmək haqqı: Razılaşma

21623 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı və bölgələr
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYoxdur

İş haqqında

Təsvir

  • Şirkətə məxsus mağazalarda texniki sistemlərin fasiləsiz və düzgün fəaliyyətinin təmin edilməsi;
  • Elektrik, soyutma (fridge/freezer), HVAC və digər texniki avadanlıqların planlı baxış və təmir işlərinin təşkil olunması;
  • Yaranan texniki problemlərin qısa müddətdə həlli üçün texniki komandaların fəaliyyətinin əlaqələndirilməsi;
  • Elektrik ustalarının, santexniklərin, tikinti işçilərinin və digər texniki mütəxəssislərin işinin yönləndirilməsi və görülmüş işlərin qəbul edilməsi;
  • Regionlardakı texniki xidmət fəaliyyətinin vahid mərkəzdən idarə olunması;
  • Texniki heyət arasında iş bölgüsünün aparılması, əməkdaşların fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və peşəkar inkişafının dəstəklənməsi;
  • Ehtiyat hissələrinin, texniki materialların və servis xərclərinin səmərəli idarə edilməsi və optimallaşdırılması;
  • Podratçı və texniki servis şirkətləri ilə əməkdaşlığın qurulması, görülən işlərə nəzarət edilməsi;
  • Mağazaların renovasiya və rebrendinq layihələri çərçivəsində texniki işlərin planlaşdırılması və icrasının izlənilməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqinə və onlara riayət olunmasına nəzarət edilməsi;
  • Texniki KPI göstəricilərinin izlənilməsi və iş proseslərinin təkmilləşdirilməsi.

Tələblər

  • Elektrik mühəndisliyi, memarlıq, mexanika və ya əlaqəli texniki sahə üzrə ali təhsil arzuolunandır;
  • Retail sektorunda və ya geniş mağaza şəbəkəsinə malik obyektlərdə minimum 1 il iş təcrübəsi;
  • Soyutma sistemləri, elektrik avadanlıqları və təmir prosesləri üzrə praktiki biliklər;
  • Rəhbərlik və çoxsaylı işçi komandalarının idarə olunması sahəsində təcrübə;
  • Analitik yanaşma və problemlərin həlli bacarığı;
  • MS Office proqramları və hesabatların hazırlanması alətləri ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi üstünlükdür;
  • Şəxsi avtomobilin olması (yanacaq və amortizasiya xərcləri qarşılanacaq);
  • Ezamiyyətlərə getmək imkanı və hazırlığı.
Reklam