Sumqayıt,
Azərbaycan
11/11/2025
-
11/12/2025
İş haqqında məlumat
- Avadanlıqların hidravlika hissəsinin fasiləsiz və texniki cəhətdən düzgün istismarını, onların saz vəziyyətdə saxlanmasını təmin etmək;c
- Hidravlika sistemləri üzrə baxış və profilaktik təmir işlərini təşkil etmək;
- Hidravlik avadanlıqların təmirində və ehtiyat hissələrinin alınması üçün siyahıların hazırlanmasında iştirak etmək;
- İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təmin etmək;
- Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik və mexaniki sistemlərin təmirini həyata keçirmək;
- Hidravlik sistemləri təzyiq və yağ sərfiyyatına uyğun nizamlamaq və stabil işini təmin etmək;
- Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının təmirini həyata keçirmək;
- Aşkarlanan nasazlıqlar və pozuntular barədə sex rəisinə vaxtında məlumat vermək;
- Müxtəlif mexaniki avadanlıqların, alətlərin və maşınların təmir və bərpasını həyata keçirmək;
- Mexaniki nasazlıqları vaxtında müəyyən etmək, təmir və ehtiyat hissələrinin dəyişdirilməsini təmin etmək;
- İstehsalat proseslərində yaranan mexaniki problemlərin həllində digər əməkdaşlara dəstək göstərmək;
- Müəssisənin texniki xidmət və təmir prosedurlarına tam uyğun şəkildə fəaliyyət göstərmək.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri, "Fin-Plast İnternational" MMC;
- İş rejimi: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1000 – 1600 AZN (namizədin təcrübə və bacarığına uyğun);
- Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur.
Tələblər
- Texniki orta və ya ali təhsil;
- Təmirçi-Çilingər vəzifəsində minimum 10 il iş təcrübəsi;
- Hidravlik və mexaniki sistemlərin quruluşunu və iş prinsiplərini yaxşı bilmək;
- Texniki çertyoj və sxemlərlə işləmə bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ iş prinsiplərinə malik olmaq;