SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Təmirə dayanma işləri üzrə mühəndis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
342
Tam iş günü
Bakı, Azərbaycan
07.10.2025 05:11 - 07.11.2025 12:00

İş haqqında məlumat

  • Planlaşdırılmış əsaslı təmir işləri üçün işlər həcminin hazırlanması, hazırlanmış olan iş həcmlərinin müzakirəsi və təsdiqlənməsi;
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) və iş ardıcıllıqlarının hazırlanması;
  • İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısının hazırlanması;
  • Planlaşdırılmış əsaslı təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material və servis xidmətlərinin gedişatının izlənməsi;
  • Sahədən təqdim edilmiş “ iş metod” larının izlənməsi, məlumatların toplanması və proqres cədvəlinin hazırlanması;
  • İş addımlarına uyğun olaraq Plan - Proqramın və proqres əyrisinin və hesabatın hazırlanması;
  • Planlaşdırılmış əsaslı təmir üçün avadanlıqların, iş paketlərinin və texniki məlumat cədvəlinin hazırlanması;
  • İş prosesləri zamanı plan proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və günlük proqres hesabatının hazırlanması və hesabatı birbaşa rəhbərinə göndərilməsi;
  • Planlaşdırılmış əsaslı təmir zamanı mütamadi olaraq plan proqram üzərindən sahə komandasını gecikmələr və ya irəliləmələr barəsində məlumatlandırmaq;
  • Təmir zamanı işlərin gedişatına dəstək olmaq üçün öncəki planı hazırlayıb sahəyə təqdim etməli;
  • Təmirə hazırlıq işlərini təşkil etməli və təmirin başlanmasına qədər bütün hazırlıq işlərinin bitməsini izləməli və təşkil etməli;
  • Təmirin sonunda planlaşdırılan və reallaşan iş həcmlərini plan proqram üzərində analız edib, uyğunsuzluqlar barəsində hesabat hazırlayıb birbaşa rəhbərinə təqdim etməli;
  • SAP PM proqramında iş bildiriş və iş sifarişlərinin yaradılması;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanması prosesinin yerinə yetirilməsi;
  • Planlaşdırılmış əsaslı təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantılarda iştirak etmək və qeydləri aparnaq;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəal iştirak etmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız icra etmək.

Tələblər

  • Mexanika və təmir sahəsində ali (bakalavr) təhsil;
  • Sənaye sahəsində mexaniki təmir işlərində və təmirin planlaşdırılması sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;
  • MS Office,Primavera P6, SAP PM (modulu) proqramları ilə işləmək bacarığı olmalı;
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • Mexaniki cizgiləri və PI&D sxemləri oxuma bacarığı;
  • Hissələrin cizgilərini çəkmə bacarığı.