Bakı,
Azərbaycan
27/01/2026
-
10/02/2026
İş haqqında məlumat
- İşə başlamazdan öncə gündəlik yoxlama cədvəlinə uyğun olaraq əraziyə baxış keçirilməsi, müvafiq qeydlərin aparılması və günlük iş bölgüsü əsasında təmizlik işlərinin aparılması;
- Restorana aid qapalı ərazidə və çöl ərazilərində təmizlik işlərinin həyata keçirilməsi, o cümlədən, döşəməni süpürüb-silmək, pəncərə və qapıları təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;
- Əl və ya mexaniki təmizləmə avadanlıqlarından istifadə edərək otaqların, dəhlizlərin, pilləkənlərin və digər sahələrin təmizlənməsi (məsələn, moplar, tozsoranlar, döşəmə təmizləyiciləri və s. vasitəsilə);
- Döşəmə, mebel, pəncərə və digər səthlərin silinməsi və dezinfeksiya olunması;
- Sanitar qovşaqların müntəzəm təmizlənməsi və dezinfeksiya olunması, sabun dispenserlərinin doldurulması və boş kağız, dəsmal rulonlarının dəyişdirilməsi;
- Müxtəlif səthlərdə təmizləyici məhsulların təhlükəsiz şəkildə istifadə olunmasını təmin etmək;
- Qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına ciddi riayət etmək;
- Təmizlik avadanlıqlarının qaydalara uyğun olaraq saxlanmasını təmin etmək;
- Baş verən çatışmazlıqlar və ya təmir ehtiyacları barədə rəhbərinə məlumat vermək;
- Tullantıların toplanması və zibil qutularının boşaldılması;
Tələblər
- Müvafiq sahədə 2-3 il təcrübəsinin olması;
- Müxtəlif təmizlik məhsulları və avadanlıqlardan istifadə etməyi bacarmalı;
- Sanitar-gigiyenik normalara riayət etmək;
- Digər əməkdaşlarla nəzakətli və anlayışlı ünsiyyət qurmaq;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.