Bakı,
Azərbaycan
23/02/2026
-
09/03/2026
İş haqqında məlumat
Flame Residence premium yaşayış kompleksində rezidentlərə fərdi və yüksək standartlara uyğun xidmət göstərmək üçün məsuliyyətli və etibarlı otaq təmizlik işçiləri axtarır. Bu vəzifə yalnız təmizlik deyil, həm də rezident məmnuniyyətinin və məxfiliyinin qorunmasını əhatə edir.
- Rezident mənzillərində təmizlik və səliqənin yüksək standartlara uyğun təmin edilməsi
- Yataq dəstlərinin dəyişdirilməsi və mənzilin təqdimata hazır vəziyyətə gətirilməsi
- Rezidentlərin xüsusi istəklərinə uyğun xidmət göstərilməsi
- Məişət əşyalarına və şəxsi əmlaka diqqətli yanaşma
- Məxfilik və etik davranış qaydalarına ciddi riayət edilməsi
- Aşkarlanmış texniki nasazlıqlar barədə müvafiq şöbəyə məlumat verilməsi
- Xidmət keyfiyyətinin davamlı qorunması
Vəzifə üzrə təminatlar:
- Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
- Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
- Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları.
Tələblər
- Otel və ya premium rezidensiya sahəsində təcrübə üstünlükdür
- Yüksək səliqəlilik və detallara diqqət
- Nəzakətli ünsiyyət bacarığı
- Məsuliyyətlilik və etibarlılıq
- Komanda ilə işləmək bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.