F

Təmizlik işləri üzrə supervisor (Region)

Foton
Ə/h razılaşma ilə
5040
Tam iş günü
Bölgələr, Azərbaycan
16/02/2026 - 02/03/2026

İş haqqında məlumat

  • Təmizlik cədvəlinin hazırlanmasının təmin edilməsi və iş bölgüsünün həyata keçirilməsi;
  • Təmizlik işçilərinin idarə olunması, motivasiya və təlim proseslərinin təşkili, habelə işçilərin performansının izlənilməsi və qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Müəyyən edilmiş təmizlik standartlarının qorunması məqsədilə mütəmadi yoxlamaların aparılması və əldə olunan nəticələrin təhlil edilməsi;
  • Təmizlik məhsulları və avadanlıqlarının monitorinqinin aparılması, ehtiyacların müəyyənləşdirilməsi və müvafiq sifarişlərin verilməsinin təmin edilməsi;
  • Təmizlik xidmətləri üzrə büdcənin hazırlanması, xərclərin izlənilməsi və vəsaitlərin səmərəli idarə olunmasının təmin edilməsi;
  • Təmizlik prosedurlarında əməyin mühafizəsi, təhlükəsizlik və sağlamlıq qaydalarının tətbiqinə nəzarət edilməsi;
  • Təmizlik proseslərinin optimallaşdırılması məqsədilə yeni metod və texnologiyaların araşdırılması və tətbiqinin təmin edilməsi;
  • Təmizlik fəaliyyəti üzrə aylıq və illik hesabatların hazırlanması və müvafiq rəhbərliyə təqdim edilməsi.

İş şəraiti:

  • İş rejimi:  5 günlük;
  • İş yeri: Region; 
  • İşçi yaşayış yeri, regiona gediş-gəliş üçün nəqliyyat və telefon danışığı ilə təmin edilir.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Kimyəvi vasitə və təmizlik avadanlıqlarından düzgün istifadəni qaydalarını  bilmək;
  • Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar