Bakı,
Azərbaycan
08.08.2025 04:30
-
08.09.2025 12:00
İş haqqında məlumat
- Gündəlik olaraq təmizlik heyətinin iş bölgüsünü planlaşdırmaq və nəzarət etmək, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək;
- Qonaq otaqları, ümumi ərazilər, xidmət sahələri və işçi otaqlarında yüksək təmizlik və gigiyena standartlarının tətbiqinə nəzarət etmək.
- İşçi heyətinin işə davamiyyətinə, etik davranışına və formasına (uniformasına) nəzarət etmək;
- Yeni əməkdaşların təlimini təşkil etmək, onların peşəkar şəkildə inkişafına dəstək olmaq;
- Otaqların və ərazinin təmizlik yoxlamalarını keçirmək, çatışmazlıqları müəyyənləşdirərək dərhal aradan qaldırmaq;
- Təmizlik ləvazimatlarının və təchizatın istifadəsinə nəzarət etmək, materialların səmərəli istifadəsini təmin etmək;
- Lazımi materialların vaxtında sifariş olunması üçün anbar ehtiyatlarını izləmək və hesabat təqdim etmək;
- Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, nasazlıq hallarında dərhal texniki heyətlə əlaqə saxlamaq;
- Əməkdaşlar arasında əmək intizamını qorumaq, daxili qaydalara riayət olunmasını təmin etmək;
- Otelin ümumi xidmət keyfiyyətinə töhfə vermək məqsədilə digər şöbələrlə koordinasiyalı işləmək;
- Otel tərəfindən təşkil olunan fövqəladə hallar və təhlükəsizlik təlimlərində iştirak etmək və heyəti də bu təlimlərə cəlb etmək;
- Rəhbərlik tərəfindən verilən digər əsaslı vəzifə və tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Qonaqpərvərlik sənayesində təmizlik xidmətləri üzrə təcrübənin olması üstünlükdür;
- Dəyişkəm iş qrafikində işləyə bilmək;
- Qonaq məmnuniyyəti və yüksək xidmət keyfiyyətinə sadiqlik;
- İngilis və Rus dillərində orta səviyyədə bilməlidir;
- Güclü ünsiyyət bacarıqları, problem həll etmə qabiliyyəti və nümunəvi liderlik xüsusiyyətləri tələb olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.