Ağdam,
Azərbaycan
15/04/2026
-
29/04/2026
İş haqqında məlumat
- Yerli və ya xarici qonaqlara vaxtında və nəzakətlə xidmət göstərilməsini və Otel qaydalarına riayət etməyi təmin etmək üçün Təsərrüfat şöbəsinin işçi heyətinə nəzarət etmək.
- Hər gün müntəzəm olaraq Qrup rəhbərlərinin vəzifələrini müəyyən edir və onlara xüsusi layihələr təqdim edir, inkişafa nəzarət edir və Menecerə bu işlər barədə məruzə edir.
- Otaqları, xüsusilə V.I.P., V.V.I.P. və Daimi Qonaqların, yoxlayır və bu qonaqları istədikləri zaman güllərlə təmin edir və onların digər istəklərini həyata keçirir.
- Cihazların, avadanlıqların və rahatlıq üçün əlverişli şəraitin təmiz olması və yaxşı təşkil olunması üçün Mərtəbələri və İctimai yerləri yoxlayır; xarici podratçıların müqavilələrinə uyğun olaraq fəaliyyət göstərmələrini təmin etmək üçün onlar tərəfindən icra olunan işlərə nəzarət edir;
- “Yeni Ağdam Hotel Company” MMC-nin hotel standartlarına uyğun olaraq tədbirlər həyata keçirir;
- İş üçün müraciət edənləri yoxlamaqla və onlarla müsahibə keçirməklə yeni işçi heyətinin seçilməsində iştirak edir;
- Əməkdaşlar üçün təlimlər təşkil edir, təlim planı tərtib edir və Menecerlə razılaşdırılır.;
- Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar edir və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin edir;
- Bütün lazım olan avadanlıqları qabaqcadan müəyyən edir və quraşdırır, onların istifadəyə yararlı olmasını təmin edir;
- Qonaqların və digər şöbələrin rahatlıqlarını təmin etmək və onları məmnun etmək üçün onların şərh və təkliflərini alır. Təmizlik şöbəsinin göstərdiyi xidmətləri təkmilləşdirmək üçün Menecerə məsləhətlər verir;
- Cədvəl tərtib etmək, yoxlamalar və qeydlər aparmaq, inkişaf etmək, digər müvafiq şöbələrlə əlaqə saxlamaqla ümumi təmizlik kimi müxtəlif təmizlik layihələrində iştirak etmək;
- Biznes işlərini həyata keçirmək üçün illik mühafizəçi qrupu, CAPEX – in və şöbənin büdcəsini hazırlamaqda Menecerə kömək etməlidir;
- İclaslar keçirmək, məruzələr hazırlamaq, gündəlik qeydiyyatlar aparmaq və s. kimi işlərlə bağlı bir neçə administrativ işləri yerinə yetirməlidir;
- Ona menecment tərəfindən təyin edilmiş istənilən bu və digər vəzifələri yerinə yetirir.
İş şəraiti:
- İş yeri Ağdam şəhərində yerləşir.
- Qidalanma və yaşayış yeri və transportla təmin edilir.
Tələblər
- Təhsil: Ali və ya orta ixtisas təhsil.
- İş təcrübəsi: Bu sahədə ən azı 2 il iş təcrübəsi.
Bilik və Bacarıqlar:
- 1С 8.3, Opera və İscala proqramlarından işləmə bacarığı;
- Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı.
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı
Kompüter bilikləri:
- Restoran proqramlarından, MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- İngilis dili biliyinin olması vacibdir.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.