Bakı,
Azərbaycan
03/10/2026
-
01/11/2026
İş haqqında məlumat
- Məşq zalının (trenajor sahələri, çəki otağı, qrup məşqləri zalı) gündəlik və növbə ərzində davamlı təmizlənməsi;
- Soyunma otaqları, şkaflar, güzgülərin təmizlənməsi;
- Duş kabinələri və sanitar qovşaqların mütəmadi dezinfeksiyası;
- İdman avadanlıqlarının (trenajorlar, çəkilər, döşəmə örtükləri) səthlərinin təmizlənməsi və dezinfeksiya edilməsi;
- Resepşn, gözləmə zonası və ümumi sahələrin səliqəli saxlanması;
- Zibil qutularının vaxtında boşaldılması;
- Sanitar-gigiyenik ləvazimatların (sabun, dezinfeksiyaedici, dəsmal, tualet kağızı və s.) ehtiyatına nəzarət və vaxtında bildirmə;
- Təmizlik vasitələrinin təyinatına uyğun və qənaətli istifadəsi;
- Növbə təhvil-təslimi zamanı vəziyyət barədə məlumat vermək;
- Təhlükəsizlik, əmək mühafizəsi və gigiyena qaydalarına ciddi riayət.
Tələblər
- İş təcrübəsi: Bu sahədə təcrübə üstünlükdür, lakin mütləq deyil
- Fiziki hazırlıq: Növbəli və hərəkətli iş rejiminə uyğunluq (idman zalı mühitində fəal iş)
- Şəxsi keyfiyyətlər: Səliqəlilik, məsuliyyətlilik, dəqiqlik, dözümlülük, dürüstlük
- Qeyd: Yalnız kişi namizədlər əlaqə saxlasın.
Maraqlananlar CVlərini [email protected] göndərə bilər.