Bakı,
Azərbaycan
15.03.24
-
14.04.24
İş haqqında məlumat
- Tenderin əsas şərtlər toplusunun hazırlanması, nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
- Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
- Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
- Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
- Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır;
- Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K.
Tələblər
- Təhsil: Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
- Təcrübə: Müvafiq sahədə minimum 1 il;
- Dil bilikləri: Azərbaycan dili, rus və ya ingilis dili üstünlükdür;
- Kompüter bacarıqları: MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Müqavilələrlə iş təcrübəsi.
Elanın müddəti bitmişdir