Filtrex

Tender Mütəxəssisi

Filtrex
800 - 2000 ₼
2956
Tam iş günü
Bakı, Azərbaycan
26.09.2025 00:00 - 26.10.2025 00:00

İş haqqında məlumat

  • Su filtrləri, yumşaldıcı sistemlər və digər avadanlıqlar üzrə dövlət və kommersiya təşkilatlarının elan etdiyi tenderlərin daimi izlənilməsi;
  • Şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi və iştirak üçün təkliflərin hazırlanması;
  • Tender sənədlərinin “Dövlət satınalmaları haqqında” AR qanunvericiliyinə uyğun şəkildə hazırlanması və vaxtında təqdim olunması;
  • Bazar qiymətlərinin araşdırılması, müqayisəli təhlillərin aparılması və optimal təkliflərin formalaşdırılması;
  • Tender təkliflərinin həm texniki, həm də kommersiya baxımından düzgün hazırlanmasına nəzarət;
  • Dövlət və kommersiya təşkilatları ilə yazışmaların aparılması və davamlı əlaqələrin qurulması;
  • Müqavilə bağlanması üçün tələb olunan sənədlərin və sertifikatların hazırlanması;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • İş şərtləri: İş qrafiki: həftə içi 6 gün, 10:00 dan – 18:00 dək.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dili biliyi üstünlükdür;
  • Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi;
  • MS Office (xüsusilə Word, Excel) yüksək səviyyədə bilmək;
  • Dövlət satınalmaları qanunvericiliyini bilmək;
  • Sənədləşdirmə və yazışma işlərində dəqiqlik, analitik təhlil bacarığı;
  • Komandada işləmək və ünsiyyət bacarığı.


Oxşar vakansiyalar