Proven TTL

Tender Mütəxəssisi

Proven TTL
Ə/h razılaşma ilə
208
Tam iş günü
Bakı, Azərbaycan
21/05/2026 - 04/06/2026

İş haqqında məlumat

Komandamıza şirkəti peşəkar şəkildə təmsil edə biləcək, layihələrin idarə olunmasına dəstək verən və satış yönümlü düşüncə tərzinə sahib Tender Mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Tender sənədlərinin hazırlanması və təqdim edilməsi;
  • Dövlət və özəl tender platformalarında aktiv iştirak;
  • Təkliflərin təhlil edilməsi və rəhbərliyə təqdim olunması;
  • Bazar qiymətlərinin araşdırılması və uyğun təchizatçıların müəyyən edilməsi;
  • Tender üzrə tələb olunan sənədlərin, protokolların və hesabatların hazırlanması;
  • Satınalma prosesində risklərin öncədən dəyərləndirilməsi;
  • Müştəri və tərəfdaşlarla effektiv kommunikasiya qurulması;
  • Şirkətin peşəkar şəkildə təmsil olunması;
  • Layihələrin koordinasiyası və proseslərin idarə olunmasına dəstək;
  • Satış yönümlü yanaşma və yeni əməkdaşlıqların qurulmasına töhfə vermək.

İş şərtləri:

  • İş saatı: 09:00 – 18:00
  • İş günləri: Bazar ertəsi – Cümə
  • Əmək haqqı + bonus sistemi
  • Dinamik və inkişaf yönümlü iş mühiti

Tələblər

  • Tender, satınalma və ya korporativ satış sahəsində minimum 5 il iş təcrübəsi;
  • Danışıqlar aparmaq və təqdimat bacarığı;
  • Layihələri idarə etmə və məsuliyyət götürmə bacarığı;
  • Analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Punktual, məsuliyyətli və detallara diqqətli olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.