Bakı,
Azərbaycan
14/01/2026
-
28/01/2026
İş haqqında məlumat
- Dövlət və özəl tender sorğularının gündəlik monitorinqi və təhlili
- Tender sənədlərinin (texniki tekliflerin) hazırlanması və koordinasiyası
- Satınalma prosedurlarına və tender qaydalarına uyğunluğun təmin edilməsi
- Bazar araşdırılmasının aparılması, yerli və xarici istehsalçılardan uyğun məhsul və xidmətlərin müəyyən edilməsi
- Yerli və xarici istehsalçılardan qiymət təkliflərinin toplanması, müqayisəli təhlilin aparılması
- Qiymət–keyfiyyət balansı nəzərə alınmaqla ən uyğun və rəqabətqabiliyyətli təklifin hazırlanması
- İstehsalçılar, təchizatçılar və tərəfdaşlarla yazışmaların və danışıqların aparılması
- Tender nəticələrinin izlənilməsi, analiz edilməsi və müvafiq hesabatların hazırlanması
- Qalib olduqdan sonra müqavilə mərhələsində aidiyyəti şöbələrlə koordinasiya
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Stabil və peşəkar iş mühiti
- Karyera və peşəkar inkişaf imkanları
- Böyük və strateji layihələrdə iştirak imkanı
İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00)
Tələblər
- Ali təhsil (iqtisadi, mühəndislik və ya oxşar sahə arzuolunandır)
- Tender və satınalma sahəsində minimum 5 il iş təcrübəsi
- Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə (Rus dili üstünlükdür)
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşünmə, danışıqlar aparmaq və qərarvermə bacarığı
- Məsuliyyətlilik, dəqiqlik və vaxtın effektiv idarə olunması
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.