Bakinity Distribution MMC

Tender üzrə aparıcı mütəxəssis

Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
874
Tam iş günü
Bakı, Azərbaycan
14/04/2026 - 28/04/2026

İş haqqında məlumat

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növünə uyğun olan tenderləri müəyyən edir və struktur bölmə rəhbərinə məlumat verir.
  • Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanmasını təmin edir.
  • Tenderlərdə iştirakın təşkilini və dəstəklənməsini həyata keçirir: tələb olunan sənədləri hazırlayır, müraciətləri tərtib edir və təqdim edir, eyni zamanda müəyyən edilmiş son tarixlərə ciddi şəkildə əməl olunmasına nəzarət edir.
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmalar aparır.
  • Sektorun təşkilati işlərini yerinə yetirir, digər struktur bölmələrdən tələb olunan sənədləri toplayır, çatışmazlıqlar barədə struktur bölmə rəhbərinə məlumat verir.
  • Təchizatçılarla əvvəlcədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması prosesini icra edir.
  • Tender prosesində yaranan suallara cavab verir, sorğuları cavablandırır və təkliflərin icrasını izləyir.
  • Tenderin icra vəziyyəti ilə bağlı struktur bölmə rəhbərini mütəmadi olaraq məlumatlandırır, problemlər yarandıqda dərhal xəbər verir.
  • Tender üzrə tələb olunan bütün sənədlərin (maliyyə, texniki, hüquqi və kommersiya) qanunvericiliyə və tender şərtlərinə uyğun olaraq hazırlanmasını, formalaşdırılmasını və sistemləşdirilməsini icra edir; aidiyyəti bölmələrlə sənəd koordinasiyasını təmin edir.
  • Tender sənədlərinin tamlığını, düzgünlüyünü və vaxtında təqdim olunmasını nəzarətdə saxlayır, sənədlərin arxivləşdirilməsi, elektron və fiziki bazada saxlanması prosesini həyata keçirir.
  • Təchizatçıların təminat öhdəliklərinin və keyfiyyət tələblərinin yerinə yetirilməsini izləyir və qeydə alır.
  • Tender prosesinin bütün mərhələlərində şəffaflıq və hüquqi tələblərin yerinə yetirilməsini təmin edir.
  • Tenderlərlə bağlı daxil olan rəy və təklifləri toplayır və düzgün qərarların verilməsi üçün struktur bölmə rəhbərinə təqdim edir.
  • Struktur bölmədə fəaliyyət göstərən tender üzrə mütəxəssisin işinə və müvafiq istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinə metodoloji və təşkilati baxımdan nəzarət edir, zərurət yarandıqda metodiki dəstək göstərir.
  • Vəzifəsi üzrə struktur bölmə rəhbəri tərəfindən verilən fəaliyyətinə dair digər tapşırıqları yerinə yetirir.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Tələblər

  • Ali təhsil.
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı.
  • MS Office proqramı ilə sərbəst işləmə bacarığı.
  • CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı.
  • Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı.
  • Tapşırıqların düzgün prioritetləşdirilməsi və problem həll etmə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.