Grand Motors MMC

Tender üzrə kiçik mütəxəssis

Grand Motors MMC
Ə/h razılaşma ilə
556
Tam iş günü
Bakı, Azərbaycan
07.10.2025 05:53 - 07.11.2025 12:00

İş haqqında məlumat

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
  • Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması.

İş şərtlərimiz:

  • İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
  • Servis xidməti;
  • Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Xırdalan, Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=1980&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.

Tələblər

  • Təhsil: Ali;    
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Ofis proqramları üzrə biliklər;
  • Azərbaycan dili səlis, ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
  • Bazar araşdırması etmək bacarığı.