Bakı,
Azərbaycan
02/12/2025
-
09/12/2025
İş haqqında məlumat
- Tender elanlarının gündəlik monitorinqi (dövlət və özəl platformalar);
- Tender şərtlərinin və müqavilə layihələrinin detallı təhlili;
- Texniki təklifin hazırlanması və uyğunlaşdırılması;
- Şirkətin müxtəlif şöbələrindən tələb olunan məlumatların toplanması və koordinasiyası;
- Tender sənədlərinin (EOI, RFI, RFQ, RFP) şirkət standartlarına uyğun tərtibi;
- Sifarişçi ilə yazışmaların aparılması, izah və sorğuların cavablandırılması;
- Tender proseslərinin (göndərilmə, qəbul təsdiqi, qeydlər) sənədləşdirilməsi;
- Qazanılmış tenderlər üzrə müqavilə bağlanması prosesinə dəstək;
- Tender arxivinin və məlumat bazasının yenilənməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
- Həftədə 2 gün istirahət;
- Zəruri hallarda qısa müddətli səfərlər mümkündür;
- Stressli və vaxt məhdudiyyətli proseslərdə işləmək bacarığı tələb olunur.
Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, mühəndislik, menecment və ya əlaqəli sahələr üstünlükdür);
- Tender sənədləri, satınalma prosedurları, kommersiya hüququ barədə biliklər;
- Tikinti, sənaye və ya mühəndislik sahəsində təcrübə üstünlükdür;
- MS Office (xüsusilə Excel) üzrə yüksək səviyyə;
- Texniki sənədləşmə və rəsmi yazışma bacarığı;
- Azərbaycan dilində səlis, ingilis və rus dillərindən ən azı biri üzrə iş bilikləri;
- Diqqətlilik, analitik düşüncə və vaxt idarəetməsi.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməklə "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.