Bakı,
Azərbaycan
17/04/2026
-
01/05/2026
İş haqqında məlumat
- Dövlət və özəl qurumlar tərəfindən elan olunan tenderlərin müntəzəm monitorinqinin aparılması
- Müvafiq tenderlərin seçilməsi və şərtlərinin təhlili.
- Tender sənədlərinin tender şərtlərinə tam uyğun hazırlanması (kommersiya təklifi, texniki təklif, bank zəmanəti,və s.)
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesi zamanı yazışmaların aparılması və suallara cavabların hazırlanması.
- Tenderin nəticələrinin izlənməsi və nəticəyə əsasən hesabatların hazırlanması.
- Daxil olan elektron məktubların (e-maillərin) çeşidlənməsi və cavablandırılması
- CRM sistemində işləmək və məlumatların düzgün şəkildə daxil edilməsi
- Tender prosesi üzrə hesabatların hazırlanması.
- İş prosesində son tarixlərə (deadline) ciddi riayət edilməsi və nəzarətdə saxlamaq
İş şəraiti:
- Həftəlik tam iş qrafiki – 09:00-18:00
- Iş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.
- Əmək haqqı: 1200+ AZN
Tələblər
- Dövlət satınalmaları qanunvericiliyi üzrə ümumi biliklər;
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
- Etender.gov.az və digər dövlət portallarında işləmə bacarığı.
- Sənədlərlə işləmək bacarığı, yüksək diqqət və dəqiqlik.
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı (xüsusilə Word və Excel).
- Analitik düşüncə, vaxtın idarə olunması
- Yüksək ünsiyyət,təqdimat bacarığı və məsuliyyətli yanaşma.
- Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı
- İnformasiyanın təhlili və analiz etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri (arzuolunandır) ;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.