Modern Engineering Bureau of Azerbaijan

Tender üzrə mütəxəssis

Modern Engineering Bureau of Azerbaijan
Ə/h razılaşma ilə
274
Tam iş günü
Bakı, Azərbaycan
13/07/2026 - 27/07/2026

İş haqqında məlumat

  • Tender proseslərinin (prekvalifikasiya prosesinin keçirilməsi, şərtlər toplusunun hazırlanması və s)mövcud qanunvericilik və daxili prosedurlara uyğun şəkildə təşkili və həyata keçirilməsi, sənədlərinin tamlığı və düzgünlüyünün təmin edilməsi, müvafiq arxivləşdirilmənin aparılması;
  • Tender təkliflərinin texniki və maliyyə baxımından qiymətləndirilməsində iştirak;
  • Tender komissiyası ilə birgə qərarların verilməsində və protokolların hazırlanmasında iştirak;
  • Müqavilələrin şərtlərinin hazırlanmasına dəstək göstərilməsi və satınalma prosesinin sonrakı mərhələlərinin izlənilməsi;
  • Təchizatçılar və podratçılarla effektiv əməkdaşlığın qurulması və saxlanılması;
  • Dövlət və özəl satınalma platformalarında elan olunan tenderlərin mütəmadi izlənilməsi və təhlili;
  • Tender sənədlərinin hazırlanması, toplanması və vaxtında təqdim edilməsinin təmin edilməsi;
  • Elektron tender platformalarında (ASAN Procurement, e-gov və s.) sənədlərin yerləşdirilməsi və idarə olunması;
  • Tenderlə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericilikdə və daxili normativ sənədlərdə baş verən dəyişikliklərin izlənməsi və proseslərə tətbiqinin təmin edilməsi;
  • Tender fəaliyyətləri ilə bağlı risklərin müəyyən edilməsi və minimallaşdırılması üçün təkliflərin irəli sürülməsi;
  • Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin təqdim edilməsi və müvafiq izahatların verilməsi.
  • Bağlanılmış müqavilələrin icrasının izlənilməsi və müvafiq hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (09:30 - 18:30);
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.

Tələblər

  • Ali təhsil;
  • Tender sahəsində minimum 5 il iş təcrübəsi;
  • Dövlət satınalmaları və tender prosedurları üzrə biliklər;
  • MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Elektron satınalma sistemləri ilə işləmək təcrübəsi (e-gov, ASAN Procurement və s.).
  • Analitik düşünmə, sənədlərlə işləmək və yazılı ünsiyyət bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun