Bakı,
Azərbaycan
03/08/2026
-
17/08/2026
İş haqqında məlumat
- Grinco MMC dövlət və korporativ satınalmalar sahəsində peşəkar inkişaf etmək istəyən Tender üzrə Mütəxəssis Təcrübəçi axtarır.
- Əgər analitik düşüncəyə malik, araşdırma aparmağı sevir və tender sahəsində karyera qurmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifə öhdəlikləri
- Dövlət və özəl satınalma elanlarının gündəlik izlənilməsi;
- Tender sənədlərinin hazırlanmasına dəstək göstərilməsi;
- Texniki və kommersiya sənədlərinin toplanması və sistemləşdirilməsi;
- Qiymət təkliflərinin hazırlanmasında iştirak;
- Müqavilə və satınalma sənədlərinin uçotunun aparılması;
- Tender prosesləri üzrə hesabatların hazırlanmasına dəstək.
Şirkət tərəfindən təklif olunur
- Təcrübə müddəti: 2 ay;
- Təcrübə müddətində minimum zəruri xərclər şirkət tərəfindən qarşılanır;
- Təcrübə müddətini uğurla başa vuran və qiymətləndirmədən keçən namizədlər daimi işlə təmin olunurlar;
- Dövlət və korporativ satınalma layihələrində iştirak imkanı;
- Peşəkar mentor dəstəyi;
- Karyera inkişafı və peşəkar iş mühiti.
İş şəraiti
- İş yeri - Grinco MMC
- Ünvan: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1 (Nobel Otelin yanı)
- İş qrafiki: Bazar ertəsi – Cümə / 08:30 – 17:30
Tələblər
- Ali təhsil (iqtisadiyyat, hüquq, biznesin idarə edilməsi və digər uyğun ixtisaslar üzrə yeni məzunlara üstünlük verilir);
- Microsoft Office proqramlarını, xüsusilə Microsoft Excel-i bilmək;
- Analitik düşünmə və araşdırma bacarığı;
- Məsuliyyətli və operativ olmaq;
- Komandada işləmək və öyrənmək həvəsi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun