AzerGold CJSC

Təqaüd proqramları

AzerGold CJSC
Ə/h razılaşma ilə
393
Tam iş günü
Bakı, Azərbaycan
02/09/2026 - 16/09/2026

İş haqqında məlumat

"Təqaüd Proqramı” layihəsi "AzerGold" QSC-nin orta və uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, prioritet kadr ehtiyaclarının vaxtında qarşılanması məqsədilə 2021-ci ildən etibarən həyata keçirilir.
Təqaüd aşağıdakı məqsədlərlə verilir:

  • Tələbələrin təhsilə və elmi araşdırmaya marağının daha da artırılması, habelə istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi və onların sosial müdafiəsinə dəstək göstərilməsi;
  • Cəmiyyətin strateji layihələrinin gələcəkdə lazımi kadrlar ilə təmin edilməsi məqsədilə tələbələrin müəyyən edilməsi;
  • İstedadlı və təşəbbüskar tələbələrin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin təcrübə proqramlarında iştirakı üçün şərait yaradılması və nəzəri biliklərinin real təcrübəyə çevrilməsinə köməklik göstərilməsi.

Tələblər

Proqram çərçivəsində Cəmiyyətin fəaliyyət sahələrinə uyğun ixtisaslar üzrə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə təqaüdlər təqdim olunur.