Superfon

Təsarrüfat işləri üzrə kiçik mütəxəssis

Superfon
Ə/h razılaşma ilə
258
Tam iş günü
Bakı, Azərbaycan
19/03/2026 - 02/04/2026

İş haqqında məlumat

  • Satınalma prosesini vaxtında, prosedura uyğun olaraq icra etmək;
  • Satınalma və təmir üçün sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasının təşkil edilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;( mal-material, ustalar, texnikalar, xüsusi avadanlıqlar )
  • Sorğuların hazırlanması və qiymətləndirilməsi, tələb olunan məhsul və xidmətlərin seçim təklifinin hazırlanması;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Şirkətə məxsus obyektlərdə yaranan problemlərin yerində təhlili, mümkün olduqda kiçik problemlərin təmir və bərpası. Ehtiyac yarandıqda tələb olunan mütəxəsislərin cəlb edilməsi.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.

Tələblər

  • İşgüzar ünsiyyət etikası;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə min. 1-2 il (təmir-tikinti)
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Hesabatların tərtib edilməsi bilikləri;
  • Ofis proqramlarında işləmə bacarığı.
  • Şəxsi avtomobil

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.