Bakı,
Azərbaycan
23/12/2025
-
06/01/2026
İş haqqında məlumat
- Təchizat şöbəsindən materialları almaq və lazımi qaydada qeydiyyat aparmaq.
- Materialların, alətlərin və avadanlıqların düzgün saxlanmasını təşkil etmək.
- Saxlama zamanı materiallara texniki qulluğun göstərilməsi və onların qorunması üçün tədbir görmək.
- Materiallara nəzarət etmək və Təchizat şöbəsinə vaxtı-vaxtında materiallarla bağlı sifarişlər vermək.
- Tullantılar, qırıntılar və köhnəlmiş materiallar barədə hesabat vermək.
- Kənar şəxslərin anbara girişinin qarşısını almaq.
- Anbarla bağlı qəbzləri, qeydləri və çıxarışları saxlamaq.
- Təchiz olunmuş materialları qəbul etmək, boşaltmaq,zədə və ya uyğunsuzluqların olub-olmadığını yoxlamaq.
- Materialların gətirilmə ardıcıllığı ilə təqdim olunmasını təmin etmək və artıqların utilizasiyasını əlaqələndirmək.
- Materialların uçotunu aparmaq və inventarın lazımi səviyyədə olmasını təsdiqləmək və inventara nəzarət etmək üçün bütün sənədləri təqdim etmək.
- Yükləmə-boşaltma işlərini, avadanlıqların hərəkətini və ehtiyac duyulan kiçik təmir işlərini əlaqələndirmək.
- Problemləri vaxtında aşkarlamaq və həll etmək.
- Prioritetlər müəyyənləşdirmək və vaxtdan səmərəli istifadə etmək.
- Sərbəst şəkildə və ya komandada işləyə bilmək.
Tələblər
- Orta təhsil
- Anbar sistemi, maddi-texniki təminat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi.
- Anbar uçotu, inventarlaşma və maddi məsuliyyət prinsipləri üzrə biliklər.
- Kompüter bilikləri: MS Excel, MS Word (anbar proqramları üstünlükdür)
- Dəqiqlik, məsuliyyətlilik və sistemli iş bacarığı.
- Problemləri operativ şəkildə müəyyən edib həll etmə bacarığı.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür).
- Komandada və müstəqil işləmək bacarığı.
Maraqlanan namizədlər"CV göndər📤" düyməsindən istifadə edeərək “Təsərrüfat işləri üzrə anbardar” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.