İş haqqında məlumat
Təsvir
"ATS Mill MMC"-nin Xırdalan şəhərində yerləşən istehsalat və administrative kompleksi üçün müəssisədaxili təmizlik, nizam-intizam və operativ təsərrüfat proseslərinin fasiləsizliyini təmin edəcək Təsərrüfat işləri üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə ofis və istehsalat/anbar ərazilərində təmizlik və sanitariya standartlarına riayət olunmasına nəzarəti, təsərrüfat heyətinin (təmizlikçilər və köməkçi fəhlələr) işinin planlaşdırılması və koordinasiyasını, xırda texniki-təmir ehtiyaclarının vaxtında qarşılanmasını, eləcə də ləvazimat təminatı və inzibati təşkilati məsələlərin effektiv idarə olunmasını əhatə edir.
Əsas Öhdəliklər
- Ofis, müəssisə ərazisi və təsərrüfat sahələrində təmizlik və səliqəyə nəzarət etmək;
- Təmizlikçi və təsərrüfat işçilərinin gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;
- Əraziyə mütəmadi baxış keçirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
- Təsərrüfat ləvazimatları və təmizlik vasitələrinə olan ehtiyacı müəyyən etmək, onların təminatını və uçotunu təşkil etmək;
- Texniki xidmət və xırda təmir işlərini təşkil və koordinasiya etmək;
- Gündəlik təsərrüfat işlərinin fasiləsiz və səmərəli təşkilini təmin etmək;
- Zərurət yarandıqda rəhbərliyin xarici işgüzar səfərləri ilə bağlı nəqliyyat və digər təşkilati məsələləri koordinasiya etmək;
- Daxili qaydalara və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər
- Təhsil: Bakalavr təhsili;
- Təcrübə: Təsərrüfat və inzibati işlər sahəsində iş təcrübəsi olması üstünlükdür;
Peşəkar və Texniki Biliklər:
- Təsərrüfat işlərinin təşkili və işçilərin fəaliyyətinə nəzarət bacarığı;
- Təsərrüfat ləvazimatlarının təminatı və uçotunun aparılması bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
Şəxsi Keyfiyyətlər: Təşkilatçılıq və koordinasiya bacarıqları, məsuliyyətlilik, dəqiqlik, operativlik, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat