Sumqayıt,
Azərbaycan
28.08.2025 03:36
-
28.09.2025 12:00
İş haqqında məlumat
- Təsərrüfat işlərinin həyata keçirilməsinə nəzarət etmək;
- Şöbənin idarə olunmasını yerinə yetirmək, tabeliyində olan işçi heyəti arasında iş bölgüsü aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
- Mətbəx üçün lazım olan və keyfiyyətli ərzaqların alınmasının təşkil etmək və bu barədə mühasibatlıq şöbəsinə hesabat təqdim etmək;
- Təsərrüfat avadanlıqlarının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunmasına nəzarət etmək;
- Müəssisədə keçirilən təmizlik işlərinin gündəlik, həftəlik, aylıq planının hazırlanmasını təşkil etmək və prosesin nəzarətdə saxlanılmasını təmin etmək;
- Otaqların vəziyyətinə nəzarət etmək, otaqlarda lazımi təmir işlərinin vaxtında aparılması üçün təkliflər vermək, müəssisənin ümumi ərazisinin abadlıq işlərinə daim nəzarət etmək, ərazinin yaşıllaşdırma və estetik görünüşü üçün rəhbərliyə təkliflər vermək;
- Xidməti ezamiyyətə gələn nümayəndə heyətinin və ya qonaq qismində dəvət edilən yerli və xarici şəxslərin qarşılanmasını, qəbulunu və bununla bağlı digər xitmətlərin göstərilməsini yüksək səviyyədə təşkil etmək;
- İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin etmək, təsərrüfat anbarının işini təşkil etmək və nəzarət etmək;
- İstehsal tullantılarının müəssisədən çıxarılması və uyğun yerə daşınması prosesini təşkil etmək;
- Bazardan təcili alınmalı olan malların sifarişini vaxtında vermək və təhvil alınmasını yerinə yetirmək;
- Ərzaq məhsullarının saxlanması şəraitinin standartlara uyğun olmasını təmin etmək, çatışmazlıqların aradan qaldırılması istiqamətində vaxtında tədbir görmək;
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş rejimi: 6 günlük;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Təsərrüfat şöbəsinin rəhbəri" qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Azərbaycan dilində səlist danışmaq (türk, rus, ingilis dillərini bilmək əlavə üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Ofis proqramlarında işləyə bilmək bacarığı;
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
- Çevik, operativ və təşəbbüskar olmalı.