Bakı,
Azərbaycan
07.10.2025 05:29
-
07.11.2025 12:00
İş haqqında məlumat
- Bütün təmir xidmətlərinin vaxtında və keyfiyyətli icra olunmasını təmin etmək;
- Təyin olunmuş podratçı tərəfindən tamamlanmış avadanlıqları yoxlamaq və istifadəyə hazır olduğunu təsdiqləmək;
- Mağaza əməliyyatı şöbə rəhbərinin təlimatına əsasən xüsusi layihələrin icrasını təşkil və koordinasiya etmək;
- Xarici podratçıların icra etdikləri işlərin keyfiyyətini yoxlamaqda dəstək olmaq;
- 0.4 kV-luq elektrik sistemində yaranan kiçik nasazlıqları təyin edib aradan qaldırmaq, elektrik sistemlərinin idarə olunmasını və montaj işlərini icra etmək;
- Təxirəsalınmaz təmir xidmətlərinin icrasını təmin etmək üçün 24 saat ərzində əlçatan olmaq;
– Binada mövcud bütün texniki sistemlərin periyodik olaraq yoxlanılmasını və təmir olunmasını təmin etmək; - Baş vermiş və ya potensial olaraq baş verə biləcək istisna hallarla bağlı mağaza əməliyyatı şöbə rəhbərinə operativ şəkildə məlumat vermək.
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş həftəsi.
Əmək haqqı:
- Başlanğıc aylıq əmək haqqı 830 manat NET təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq).
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Təsərrüfat xidmətləri üzrə texnik” qeyd etməkləqeyd olunan epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.
DİQQƏT:
- Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq.
- Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq.
- Zəng üzərindən müraciətlər qəbul olunmur.
Tələblər
- Təhsil: Orta təhsil;
- İş təcrübəsi: Aşağıda göstərilən sahələrdən hər hansı birində ixtisaslaşmış texniki bilik: işəhsal, yığım, emal, qaynaq, quraşdırma, qurulma, əməliyyat, test, yoxlama, nasazlığın aradan qaldırılması;
- Azərbaycan dilində sərbəst ünsi̇yyat bacarığı;
- Mexaniki və/və ya elektromexaniki texnologiyalar sahəsində fundamental bilik və praktik bacarıqlar;
- Ümumi əl alətləri və/və ya mexaniki emalatxana sahəsində praktik bilik;
- Standart əl, elektrik və mexaniki alətlərin istifadəsində praktik təcrübə;
- Elektronika və ya mexanika sahəsində bilik;
- Qaz bıçağı ilə qaynaq bacarığı;
- Elektrik sxemlərini, qrafik və diaqramları oxuma bacarığı;
- Elektrik naqillərini rəng kodlarına görə ayırma bacarığı;
- Operativ nəzarət;
- Sürücülük vəsiqəsi.