İş haqqında məlumat
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İnsan Resursları Departamentinin / Təşkilati İnkişaf şöbəsinə mütəxəssis axtarırıq!
Bu vəzifə üzrə seçiləcək namizəd Bakı Metropolitenində təşkilati dizaynın formalaşdırılması, struktur bölmələrinin optimallaşdırılması, proseslərin səmərəliliyinin artırılması və əməyin normallaşdırılması istiqamətlərində əsas rol oynayacaq. Namizəd mövcud təşkilati strukturların və iş proseslərinin təhlilində, onların müasir idarəetmə yanaşmalarına uyğun təkmilləşdirilməsində, insan resurslarından daha effektiv istifadə olunmasının təmin edilməsində və strateji hədəflərə uyğun təşkilati dəyişikliklərin həyata keçirilməsində aktiv iştirak edəcək.
Eyni zamanda, namizəd struktur və ştat dəyişikliklərinin əsaslandırılması, vəzifə və peşələr üzrə funksional bölgünün aparılması, kvalifikasiya və səriştə modellərinin hazırlanması, həmçinin əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və tətbiqi proseslərinə töhfə verəcək, bu sahədə aidiyyəti struktur bölmələri ilə sıx əməkdaşlıq edərək rəhbərliyin qərarvermə proseslərini analitik məlumatlarla dəstəkləyəcək.
Sizi hansı öhdəliklər gözləyir?
- Təşkilati strukturun strateji hədəflərə uyğun formalaşdırılması və təkmilləşdirilməsində iştirak
- Funksional bölgünün, səlahiyyət və məsuliyyətlərin optimallaşdırılmasında iştirak
- Biznes proseslərinin təhlili, xəritələndirilməsi və optimallaşdırılmasında dəstək
- Təşkilati dəyişikliklər zamanı struktur bölmələrinə metodoloji dəstək
- Ştat cədvəllərinin tərtibi, təhlili və dəyişikliklərin aparılması
- HR analitika, dashboard və hesabatların hazırlanmasında dəstək
- Əsas səmərəlilik göstəricilərinin (ƏSG) hazırlanması və tətbiqi
- Aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq və analitik təqdimatların hazırlanması
Metropoliten sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment, İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, Dövlət idarəçiliyi və ya əlaqəli sahələr üzrə)
- Təşkilati inkişaf, strukturlaşdırma, əməyin normallaşdırılması, HR analitika və ya oxşar sahələrdə minimum 2 il iş təcrübəsi
Peşəkar bilik və bacarıqlar
- Təşkilati dizayn, proseslərin təhlili və optimallaşdırılması üzrə nəzəri və praktiki biliklər
- İş analizi, vəzifə təlimatlarının hazırlanması və kvalifikasiya tələblərinin formalaşdırılması üzrə təcrübə
- Ştat cədvəllərinin hazırlanması, əsaslandırılması və dəyişikliklərin idarə olunması bacarığı
- Əsas səmərəlilik göstəriciləri (ƏSG/KPI) sistemlərinin qurulması və tətbiqi üzrə biliklər
- Normativ-hüquqi aktlar, əmək qanunvericiliyi və aidiyyəti metodoloji sənədlərlə işləmə bacarığı
- HR analitika, hesabatlılıq və dashboardların hazırlanması üzrə təcrübə
Texniki bacarıqlar
- MS Excel
- MS Power BI – HR analitika, dashboard və vizuallaşdırmaların hazırlanması
- Proses xəritələndirmə alətləri (Visio, Draw.io və s.) ilə işləmə bacarığı
Şəxsi və davranış səriştələri
- Analitik və sistemli düşünmə bacarığı
- Detallara diqqət və yüksək məsuliyyət hissi
- Güclü ünsiyyət, təqdimat və əsaslandırma bacarıqları
- Komandada işləməklə yanaşı, müstəqil qərarvermə qabiliyyəti
Üstünlük hesab olunur
- Böyük təşkilatlarda (xüsusilə dövlət və ya strateji əhəmiyyətli müəssisələrdə) iş təcrübəsi üstünlükdür
- Təşkilati transformasiya və restrukturizasiya layihələrində iştirak
- Əməyin normallaşdırılması və iş yükünün ölçülməsi üzrə təcrübə
- HR rəqəmsallaşdırılması və avtomatlaşdırma layihələrində iştirak
- Beynəlxalq sertifikatlar (CIPD, SHRM və s.)