Təşkilati inkişaf və təlim üzrə aparıcı mütəxəssis
Food city Agropark
Ə/h razılaşma ilə
205
Tam iş günü
Bakı,
Azərbaycan
26/05/2026
-
09/06/2026
İş haqqında məlumat
- İnsan kapitalının inkişafı, təşkilati effektivlik və əməkdaş təcrübəsinin gücləndirilməsi istiqamətində layihələrin idarə olunması;
- İş yükü və funksional bölgünü analiz edərək optimallaşdırma və səmərəliliyin artırılması üzrə təkliflər hazırlamaq;
- Daxili kommunikasiya proseslərini inkişaf etdirmək, əməkdaşlıq və korporativ mədəniyyətin gücləndirilməsi üçün tədbirlər həyata keçirmək;
- KPI və performans göstəricilərinin hazırlanmasında iştirak etmək;
- Vəzifə və kompetensiya modellərinin hazırlanmasına dəstək olmaq;
- İşçilərin kompetensiyalarının qiymətləndirilməsi və inkişaf planlarının hazırlanmasında dəstək göstərmək;
- Təlim və inkişaf proqramlarını hazırlamaq, icra etmək və effektivliyini ölçmək;
- Əməkdaş bağlılığını və motivasiyanı artırmağa yönəlmiş təşəbbüslər hazırlamaq və icrasında iştirak etmək.
Təminat və əlavə üstünlüklər:
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
- Karyera inkişaf perspektivi;
- Böyük transformasiya layihələrində iştirak imkanı.
İş qrafiki:
- Həftə içi 5 gün
Ünvan: “Çıraq Plaza” Biznes mərkəzi
Tələblər
- Ali təhsil;
- Organizational Development və Learning & Development sahəsində minimum 3 il iş təcrübəsi;
- Analitik düşüncə və dəyişikliklərin idarə olunması bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, təqdimat bacarığı;
- Komandada işləmək və müxtəlif səviyyələrdə əməkdaşlarla effektiv münasibət qurmaq bacarığı;
- MS Excel və PowerPoint üzrə yaxşı biliklər.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.