Azericard

Testləşdirmə və keyfiyyət təminatı bölməsinin baş mütəxəssisi

Azericard
Ə/h razılaşma ilə
386
Tam iş günü
Bakı, Azərbaycan
05/05/2026 - 19/05/2026

İş haqqında məlumat

  • Test planlarının və ssenarilərinin hazırlanması, icrası və nəticələrin təhlili;
  • Avtomatlaşdırılmış testlərin qurulması və optimallaşdırılması;
  • QA komandasının idarə olunması, iş bölgüsünün aparılması və performansın izlənməsi;
  • Sistemlərin beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
  • İstismar zamanı yaranan problemlərin araşdırılması və həllinə dəstək vermək

Tələblər

  • Ali təhsil (Kompyüter elmləri, İnformasiya texnologiyaları və müvafiq sahələr üzrə olması arzuolunandır);
  • Minimum 5 il QA sahəsində iş təcrübəsinin olması;
  • Test metodologiyalarının, avtomatlaşdırma alətlərinin (Selenium, JMeter, Cypress və s.) dərin bilikləri;
  • Java, Python, JavaScript, SQL, Shell scripting bilikləri, sadə proqramların yazılması üstünlükdür;
  • Postman ilə json, xml sorğuların testləşdirilməsi üzrə təcrübənin olması;
  • Linux administrator sahəsi üzrə biliklərin olması üstünlükdür;
  • İngilis və Rus dillərinin texniki səviyyədə olması arzuolunandır; 
  • Ödəniş sistemləri, prosessinq mərkəzləri və PCI DSS standartları üzrə biliklərin olması üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.