U and R Company

Tətbiq üzrə kiçik mütəxəssis

U and R Company
Ə/h razılaşma ilə
1465
Tam iş günü
Bakı, Azərbaycan
20.05.25 - 20.06.25

İş haqqında məlumat

  • Yeni layihələrin uğurlu start alması üçün ilkin mərhələdə fəal iştirak və funksional dəstək göstərmək;
  • Şirkətin yeni partyorları ilə layihələrin tələblərini, mərhələləri dəqiqləşdirmək və gündəlik əməliyyat proseslərində effektiv dəstək vermək;
  • 1C-ERP sistemləri qurmaq üçün addımların ardıcıllığı üzrə texniki komandaya tapşırıqlar tərtib etmək, vaxtında və keyfiyyətli icrasına təmin etmək:
  • Yeni qurulmuş 1C-ERP sistemlərin funksiyalarını test edib texniki nasazlıqları vaxtında aşkarlayıb aidiyyəti komandaya bildirmək;
  • 1C-ERP sistemlərin istifadə qaydaları ilə bağlı sənədlərin hazırlanması və mütəmadi olaraq aktual vəziyyətdə saxlanılmasını təmin etmək;
  • İş yeri: Şirkətin ofisi
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00;
  • Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
  • Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
  • Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
  • Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

Tələblər

  • Ali (Biznes informatikası, iqtisadiyyatın maliyyə, mühasibat uçotu  və ya əlaqəli sahələr üzrə ixtisaslar üstünlük təşkil edir );
  • Bu vəzifə ilə bağlı zəruri iş təcrübəsi:
  • Uyğun sahədə ilkin iş təcrübəsi arzuolunandır;:
  • Azərbaycan dili - C1 səviyyə (sərbəst işgüzar yazılı və şifahi ünsiyyət);
  • Rus dili - B1 səviyyə; 
  • İngilis dili - əlavə üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək (xüsusilə MS Excel üzrə);
  • ERP sistemləri və biznes prosesləri (maliyyə, insan resursları, təchizat zənciri və s.) haqqında ilkin anlayışlara malik olmaq arzuolunandır;
  • Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv çalışma qabiliyyəti;
  • Məsuliyyətli, intizamlı, dəqiq;
  • Tapşırıqları düzgün prioritetləşdirmək, iş vaxtını və iş prosesini düzgün planlaya bilmək.