Ibis Baku city
Ə/h razılaşma ilə
1014
Növbəli iş
Bakı, Azərbaycan
18/06/2026 - 02/07/2026

İş haqqında məlumat

  • Otelin elektrik, su, isitmə, havalandırma və kondisioner sistemlərinin gündəlik yoxlanılması və saz vəziyyətdə saxlanılması. 
  • Nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması. 
  • Qonaq otaqlarında və ümumi istifadədə olan sahələrdə texniki problemlərin (işıqlandırma, qapılar, kilidlər, mebel, santexnika və s.) təmiri. 
  • Profilaktik texniki xidmət planına uyğun olaraq avadanlıqların müntəzəm baxış və texniki xidmətinin həyata keçirilməsi. 
  • Texniki avadanlıqların təhlükəsiz istismar qaydalarına riayət edilməsi. 
  • Yanğın təhlükəsizliyi sistemlərinin və fövqəladə hallar avadanlıqlarının işlək vəziyyətinə nəzarət. 
  • Təmir zamanı istifadə olunan alət və materialların düzgün saxlanılması və uçotunun aparılması. 
  • Texniki nasazlıqlar və görülmüş işlər barədə rəhbərliyə hesabat təqdim edilməsi. 
  • Yeni avadanlıqların quraşdırılmasında və mövcud sistemlərin modernləşdirilməsində iştirak. 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya qaydalarına əməl edilməsi. 
  • Qonaqların rahatlığını təmin etmək məqsədilə texniki müraciətlərə vaxtında cavab verilməsi. 
  • Digər şöbələrlə (Housekeeping, Kitchen, Food & Beverage və s.) koordinasiyalı şəkildə işləmək.

İş qrafiki:

  • 5 günlük iş rejimi (Növbəli iş qrafiki);
  • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Tələblər

  • Otel sektorunda 1–3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Növbəli və çevik iş qrafikində işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, intizamlı və işinə qarşı diqqətli olmaq;
  • Komandada səmərəli işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun