Halal-P

Texnik (printer üzrə)

Halal-P
Ə/h razılaşma ilə
336
Tam iş günü
Bakı, Azərbaycan
10/06/2026 - 24/06/2026

İş haqqında məlumat

  • Printerlərin texniki baxışı, təmiri və xidmətinin göstərilməsi
  • Kartriclərin təmiri və doldurulması
  • Servisə daxil olan çap avadanlıqlarının təmir edilməsi
  • Müştəri ünvanında yerində xidmət göstərilməsi (yol pulların xərci şirkət tərəfindən qarşılanır).
  • Zəruri hallarda texniki sənədlərin, hesabatların və təqdimatların hazırlanması

İş şəraiti:

  • Iş rejiimi: tam-ştat
  • İş rejimi: 08:30-17:30

Biz nə təklif edirik?

Biz daima öyrənməyə və inkişaf etməyə hazır olan əməkdaşların peşəkar inkişafına xüsusi önəm veririk. Az iş təcrübəsinə malik namizədlər də müraciət edə bilər. Əsas tələb inkişaf və öyrənmə istəyidir.

Şirkət tərəfindən:

  • Müntəzəm kurs və təlimlər;
  • Peşəkar sertifikatların əldə olunmasına dəstək;
  • Praktiki inkişaf və karyera yüksəlişi imkanları təqdim olunur.

Əgər siz dinamik komandamızın bir hissəsi olmaq və ofis avadanlıqlarının servis xidməti sahəsində peşəkar mütəxəssis kimi inkişaf etmək istəyirsinizsə, müraciətinizi gözləyirik! 

Tələblər

  • Təhsil (texniki ali və ya texniki peşə təhsili üstünlükdür)
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus dili biliyi arzuolunandır.
  • Yaş həddi: 20-30
  • Analitik və məntiqi düşünmə bacarığı.
  • Detallara diqqətli və məsuliyyətli yanaşma 
  • Müxtəlif komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları barədə məlumatlı olmalı
  • Elektrik alətləri ilə işləmək

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.