Bakı,
Azərbaycan
22/06/2026
-
06/07/2026
İş haqqında məlumat
- Televiziya yayımı, veriliş və canlı yayım əməliyyatları üçün tələb olunan texniki infrastrukturun planlaşdırılmasını, qurulmasını və davamlı fəaliyyətini təmin etməK.
- Çəkiliş və canlı yayımlardan əvvəl avadanlıqların yoxlanılmasını həyata keçirmək.
- Studiyada texniki quraşdırma və sökülmə işlərini təşkil etmək.
- Texniki nasazlıqları operativ şəkildə aradan qaldırmaq və ya aidiyyəti əməkdaşlara yönləndirmək.
- Çəkiliş və yayımlar zamanı texniki proseslərə nəzarət etmək.
- Avadanlıqların düzgün istismarı və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Texniki inventarın uçotunu aparmaq və mühafizəsinə nəzarət etmək.
- Texniki infrastrukturun müntəzəm yoxlanılmasını həyata keçirmək, mümkün nasazlıq, kəsinti və risklərə qarşı qabaqlayıcı tədbirlər görmək.
- Birbaşa rəhbəri tərəfindən verilən və vəzifə sahəsinə aid olan digər tapşırıq və öhdəlikləri yerinə yetirmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (texniki sahə üzrə üstünlükdür).
- Televiziya, yayım və ya multimedia sahəsində minimum 3-5 il iş təcrübəsi
- Kamera, işıq, səs və digər studiya avadanlıqlarının iş prinsiplərini bilmək.
- Televiziya yayım və çəkiliş prosesləri haqqında biliklərə malik olmaq.
- Kompüter və ofis proqramlarından istifadə bacarığı.
- Məsuliyyətli, intizamlı və operativ işləmə bacarığı.
- Komanda ilə işləmək və koordinasiya qurmaq bacarığı.
- Gərgin iş rejimində və canlı yayım şəraitində işləmək bacarığı.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun