Norm ASC

Texniki Dəstək üzrə Mütəxəssis

Norm
Ə/h razılaşma ilə
3355
Tam iş günü
Bakı, Azərbaycan
29.09.2025 05:28 - 29.10.2025 12:00

İş haqqında məlumat

  • Cari və potensial müştərilərə texniki dəstək göstərmək və onların məmnuniyyətini təmin etmək;
  • Müştərilərin məmnunluq dərəcəsinin artırılması üçün keyfiyyətlə bağlı şikayətlərə baxılması və problemlərin həll edilməsi;
  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;
  • Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi;
  • Yeni məhsul və xidmətlərin hazırlanması üçün bazar tələblərini araşdırmaq və təkliflər vermək;
  • Məhsulların keyfiyyət sertifikatlarını və hesabatlarını təmin etmək və müştərilərə təqdim etmək;
  • Əlaqədar tərəflərlə sıx əməkdaşlığın təmin edilməsi (memarlar, universitetlər, institutlar, rəsmi qurumlar, müstəqil laboratoriyalar);
  • Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının tələblərinə əsasən uyğunluğunu təmin etmək;
  • Ödənilməmiş tələblərin aşkar edilməsi və həlli (layihə və spesifikasiyaların öyrənilməsi vasitəsilə);
  • Yekun həll yolunun işlənib hazırlanmasına dəstək (qarışıqların tərkibinin optimallaşdırılması və ya tərtib edilməsi, tətbiqi üzrə tövsiyələrin verilməsi, məhsulun sınaq edilməsi, yerində sınaqların aparılması, yeni məhsul);
  • Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi;
  • Beton Laboratoriyasının işinin təşkili, müvafiq sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması;
  • Xammal hədəfləri üzrə illik planın tərtib edilməsinə dəstək göstərilməsi;
  • Məhsulların fəal surətdə reklam edilməsi üçün sement və beton standartları ilə əlaqəli bazarda mövcud olan bütün tələblərin öyrənilməsi (bazardakı meyllərin (standartlar, qaydalar) öyrənilməsi və monitorinqi), məhsul/xidmətlərin sertifikatlaşdırılması üçün təkliflərin (qiymət, üstünlük, fayda) hazırlanması, sertifikatların alınması, texniki məlumatlarla təmin edilməsi;
  • Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq ;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi siğorta;
  • Nəqliyyat;
  • Şəxsi və peşəkar inkişaf imkanları;
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
  • Digər imtiyazlar;
  • İş yeri: 3 gün zavod ofisi (Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.) / 2 gün şəhər ofisi (8 noyabr prospekti, Baku Bay Tower).

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • İqtisadiyyat, Mühəndislik və yaTikinti Materialları sahəsində ali təhsil;
  • Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • İngilis dili biliyi;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sement istehsalı, sementin fiziki və kimyəvi parametrlərinin təhlili, beton istehsalı və beton keyfiyyətinin təhlil edilməsi sahəsində texniki biliklər ;
  • Sement, beton, doldurucu və kimyəvi qatqılarla bağlı mövcud standartlar (EN, ASTM, GOST və s.) haqqında biliklər.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
  • Bütövlük;
  • Yenilikçilik.